Azərbaycan İdeyası

Keysəriyyə kəsiyi əməliyyatı edilənlərlə bağlı xəbər...

Tarix:24-07-2017, 17:13
Baxış Sayı:279

 Keysəriyyə kəsiyi əməliyyatı edilənlərlə bağlı xəbər...


Keysəriyyə kəsiyi əməliyyatı edilənlərin yarıdan çoxu təkrar bu əməliyyatı etdirənlərdir.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Mamalıq və Ginekologiya İnstitutunun baş həkim əvəzi Hicran Kazımova deyib.
Onun sözlərinə görə, institut əsaslı təmir işlərindən sonra bu il martın 27-də yenidən istifadəyə verilib. Həmin müddətdən başlayaraq, Bakı şəhəri və regionlardan müxtəlif risk qruplarına daxil olan hamilələr qəbul edilib. Bu günə qədər 393 normal doğuş, 53 vaxtından əvvəl doğuş olub. Bu müddət ərzində ana ölümü faktı olmayıb.
H.Kazımova qeyd edib ki, vaxtından əvvəl doğuşlar əsasən yaşı 35-dən çox olan qadınlar arasında olur. Belə doğuşlarla müraciət edənlər daha çox həkim müayinəsinə vaxtında müraciət etməyənlər, preeklamsiya diaqnozu qoyulanlardır.
Mama-ginekologiya şöbəsinin müdiri Kəmalə Heydərova deyib ki, bu müddət ərzində 850 qram çəki ilə vaxtından əvvəl doğulan uşaq 1800 qrama çatdırılaraq evə buraxılıb. Hazırda həm ana, həm də uşağın vəziyyəti normaldır. Bu xəstəxanaya daha ağır xəstələr müraciət etdiyindən və institut daha yüksək səviyyəli doğuşayardım müəssisəsi olduğundan burada keysəriyyə kəsiyi əməliyyatı göstəricisi çox olur: "Ancaq institut olaraq, biz fizioloji doğuşa üstünlük veririk. Tibbi göstərişlər olduqda hamiləni əməliyyata götürməyə məcbur oluruq - xəstədə yüksək təzyiq olduqda, preklamsiya olduqda. Lakin qadının istəyi əməliyyata göstəriş deyil" [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO