Azərbaycan İdeyası

5 il sonra qızılca Azərbaycana qayıtdı: 160 min doz peyvənd sifariş edildi - RƏSMİ

Tarix:29-01-2019, 14:57
Baxış Sayı:1 463

  5 il sonra qızılca Azərbaycana qayıtdı: 160 min doz peyvənd sifariş edildi - RƏSMİ

Azərbaycanda aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmayıb.
Bu barədə Cebhe.info-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2018-ci ildə Avropanın əksər ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinin alovlanması baş verib:
“Ölkəmizdə də gətirilmə hadisələri ilə epidemioloji əlaqəli olan xəstəlik halları 2018-ci ilin sonundan başlayaraq qeydə alınıb. Xəstəlik halları əsasən 20-40 yaşlı vaxtı ilə peyvənd olunmamış əhali arasında baş verib. Ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb. Bundan əlavə hər hansı səbəbdən peyvənd almayan əhalinin vaksinasiyası üçün yaxın zamanda əlavə peyvənd tədbirlərinin aparılması nəzərdə tutulur. Bu məqsədlə nazirlik 160 min doz peyvənd alınmasını sifariş verib. Qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb