Azərbaycan İdeyası

Zob niyə böyüyür?

Tarix:8-02-2019, 16:10
Baxış Sayı:508

Zob niyə böyüyür?


Qalxanvari vəz boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. Bu vəz normada qadınlarda 20 kub. sm, kişilərdə 25 kub. sm həcmində olur və sağlam insanlarda gözlə görünmür. Qalxanvari vəz tireoid hormonlarını hasil edir və bu hormonlar bütün orqanizmin fəaliyətinə ciddi təsir göstərir - maddələr mübadiləsini, ürək-damar, sinir sisteminin fəaliyyətini, boy artımı və orqanizmin inkişaf prosesini və s. tənzimləyir. Məhz bu səbəbdən qalxanvari vəzi ümumi hormonal sisteminin "dirijoru" adlandırırlar. Qalxanvari vəzin gözlə görünən böyüməsinə boğaz uru deyilir ki, bunu da əksəriyyətimiz "zob" adlandırırıq. Bəs niyə məhz "zob"?
Bu söz rus dilində "çinədan" mənasını verir - boğaz uru olan xəstələrin boğazının ön hissəsi artaraq quşların çinədanını xatırladır. Boğaz uru müstəqil xəstəlik deyil, bu qalxanvari vəzin bir sıra xəstəliklərinin (hormonal pozulmalar, iltihab, kista) əlamətidir.
Zobun ən çox yayılmış səbəbi qəbul edilən qidada və suda yodun azlığıdır. Belə halda qalxanvari vəzin fəaliyyəti pozulur - yod çatışmazlığı zamanı qalxanvari vəz lazımi miqdarda tireoid hormonları istehsal edə bilmir.
Orqanizmi həmin hormonlarla təmin etmək üçün əlavə yoda ehtiyac yaranır. Qandan daha çox yod molekullarını "tutmaq" üçün qalxanvari vəzin həcmi böyüməyə başlayır və nəticədə zob əmələ gəlir.
Zobun bu növünə tibdə endemik diffuz ur deyilir. Azərbaycanda zob xəstəliyi yayılmış xəstəliklərdən sayılır və bunun səbəbi bəzi ərazilərimizə (xüsusilə dağ ərazilərə) xas olan yod qıtlığıdır.
Endemik diffuz ura kişilərə nisbətən qadınlarda 3-4 dəfə daha çox rast gəlinir.

saglamolun.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb