Azərbaycan İdeyası

g.pagespeed.ic.INMS6FtnWj.jpg

Tarix:6-11-2015, 12:11
Baxış Sayı:401

Tarif Şurası (TŞ) qiymətləri təsdiq edilən bəzi dərmanların satışda olmamasının səbəblərini açıqlayıb.
"Korrupsiya və Qanun" qəzetin istinadən Ölkə.Az xəbər verir ki, şuranın katibi İlkin Məcidovun "Xalq qəzeti"nə müsahibəsində deyib ki, beynəlxalq təcrübədə dövlət qeydiyyatından keçən dərman vasitələri adətən aktiv və passiv dərman vasitələri olmaqla iki qrupa ayrılır: "Faktiki satışda olan dərman vasitələri aktiv, satışda olmayanlar isə passiv dərman vasitələri adlanır".
O bildirib ki, dərman vasitəsi qeydiyyatda olduğu müddət ərzində (Azərbaycanda qanunvericiliyə əsasən qeydiyyat vəsiqəsi hər dəfə növbəti 5 il üçün verilir) idxal, paylanma, marketinq siyasəti və s. kimi müxtəlif obyektiv səbəblərdən dəfələrlə gah aktiv, gah da passiv vəziyyətdə olur: "Ona görə də, Tarif Şurası tərəfindən təsdiq edilən qiymət cədvəlində dərman vasitələri ticarət adlarına görə deyil, tərkiblərinə (yəni, təsiredici maddələrə) əsasən sıralanıb".
Şura rəsmisi qiymətləri tənzimlənən dərman vasitələrinin həm tərkibi üzrə, həm də ticarət adına görə ümumi siyahısının qurumun rəsmi internet saytının (tariff.gov.az) "Dərman vasitələri" bölməsində yerləşdirildiyini və əlavə qiymətlər təsdiq olunduqca yeniləndiyini vurğulayıb: "İstehlakçılar qiymət cədvəli ilə tanış olduqda həmin dərmanın qiyməti ilə yanaşı tərkibi, eyni xəstəliklərin müalicəsi baxımından hansı alternativlərinin olduğu və hansı ölkədə istehsal edildiyi barədə müfəssəl məlumata sahib olurlar. Çünki dərman vasitələrinin qiymətləri məhz onların tərkibləri nəzərə alınaraq, optimal səviyyədə müəyyən edilir.
O da məlumdur ki, dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi, "tanıtma xərcləri”ni artıraraq hər hansı bir adda dərmanı 3-5 dəfə, bəzən 8-10 dəfəyədək baha qiymətə satmaqla məşğul olan "marketinq firmaları"nın imkanlarını məhdudlaşdırır və həmin firmalar hazırkı şərtlərlə razılaşmaya və həmin adda olan dərmanı ölkəyə gətirməyə bilərlər. Buna baxmayaraq, dünyanın aparıcı şikətlərinin istehsalı olan və həmin dərmanla eyni tərkibə malik çox adda dərmanlar ölkəmizə idxal olunur və vətəndaşlar bu dərmanları daha optimal və aşağı qiymətə alacaqlar".
O vurğulayıb ki, tənzimləmə prosesi istehlakçıların maariflənməsini, dərman vasitəsinin ticarət adından asılılığın tədricən aradan qaldırılmasını zəruri edir: "Bu çərçivədə həm həkimlər, həm də apteklərdə çalışan əczaçılar öz sosial və peşə məsuliyyətlərinə uyğun olaraq əhalinin maariflənməsinə öz töhfələrini verməlidir"
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO