Azərbaycan İdeyası

Həbs edilən məmurların villaları sökülsün, yoxsa?

Tarix:20-11-2015, 11:18
Baxış Sayı:343

Həbs edilən məmurların villaları sökülsün, yoxsa?



Fazil Mustafa: “Mən bu villaların kimsəsiz uşaqlar üçün ayrılmasını istərdim”; Elşad Paşasoy: “Keçici bir mərhələ üçün həmin villalardan uşaq bağçası kimi istifadə etmək olar”
Hökumət daxilində aparılan son “təmizləmə” əməliyyatından sonra həbs edilən, işdən çıxarılan məmurların mənimsədiyi milyonlarla manat vəsaitlə yanaşı, onların dəbdəbəli villaları da müzakirə mövzusudur.
Mətbuatda ən çox adı hallanan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarova, BRTİB-in keçmiş rəhbəri Beytulla Hüseynova, Rabitə Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalova və digərlərinə məxsus villaların taleyi də hər kəsi maraqlandırır. Bu villaların məhkəminin qərarı ilə dövlət tərəfindən müsadirə edilməsi gözlənilsə də, hansı təyinat üçün istifadə ediləcəyi sual altındadır. Ancaq ictimaiyyəti narahat edən məsələlərdən biri də məmurların villalarının sökülməsi təcrübəsidir. Xatırladaq ki, bu artıq bir neçə dəfə baş verib. İctimaiyyət nümayəndələri isə hazırkı şəraitdə mənimsənilən dövlət vəsaiti hesabına tikilən villaların sökülməsini deyil, müxtəlif sosial təyinatlar üzrə istifadəsini təklif edirlər. Bu məsələ ilə bağlı sosial şəbəkələrdə də müzakirələr gedir.
“Yeni Müsavat” mövzunun aktuallığını nəzərə alaraq ictimaiyyət nümayəndələrinin mövqeyini öyrənməyə çalışıb.
Deputat Zahid Oruc müsadirə ediən mülkiyyətin ilk növbədə MTN generallarının cinayətkar əməllərinin qurbanı olan şəxslərin haqlarının bərpası istiqamətində xərclənməsini təklif edib: “MTN-dən söhbət gedirsə, nazir başda olmaqla, onun bandit ”çete"si və ona qulluq edən digər şəxslər bir neçə mənbədən qazanırdılar. Sahibkarların mediaya daxil olan müraciətlərinə baxsaq, görərik ki, qabarıq görünən birinci mənbə onlardır. Sistemli olaraq, konkret bir mexanizm üzrə, dövriyyəsi bir milyon dollar olanlara bir cür, ondan aşağı olanlara başqa cür təzyiq göstərməklə, şantajla əmlaklarını ələ keçirib iş adamlarını müflis ediblər. Bu vəsaitlərin tam dəqiq hesablanması da mümkün deyil.
İkinci mənbə dövlət elitasına, məmur kütləsinə aid olan şəxsləri, hətta daha yüksək vəzifədə olanları, nazirləri də bu qurumun mexanizmində bir elementə çevirmək, onları şantajla daimi ifşa etmək qorxusu altında saxlamaqla əldə olunmuş sərvətlərdir. Bunlar bir neçə yüz milyon dollarla ölçülə bilər.
Üçüncü, dövlətin büdcə resursları talan edilib. Həm Beynəlxalq Bankın, həm də “Texnikabank”ın ələ keçirilməsi, bu sferadakı digər qurumların üzərində ciddi bir nəzarət mexanizmləri yaradılıb. Bütün kanallar bu struktura çirkli pullar aparıblar.
Dördüncüsü, bu struktura ayrılan dövlət vəsaitinin də üzərinə əllər qoyulub. Məlum olur ki, qurum yerlərdəki nümayəndələrinə ciddi “haqq” qoyub və onlar da bölgələrdə sümürgənliyi həyata keçirməklə bu vəsaitləri qazanıblar". Millət vəkili təklif etdi ki, Eldar Mahmudovun əməllərinə qurban olmuş şəxslərin hüquqlarını bərpa etmək üçün bir komissiya yaradılsın və onların bu cinayət əməllərinin qiymətləndirilməsi zamanı zərərçəkənlərə vurulmuş ziyanlar da ödənilsin: “Dövlət resurslarını, büdcə vəsaitlərini də geri qaytarmaq lazımdır. Əgər külli miqdarda dövlət vəsaiti mənimsənilibsə, bunun geri qaytarılması bir tələbdir.
Villalar bu milyonların kiçik bir həlqəsidir. Bu peşəkar cinayətkar sistemi quranlar öz sərvətlərini görünən mülkiyyət formasında saxlamaqda maraqlı olmayıblar. Bir neçə villa bu qeyd etdiyimiz dövriyyənin çox kiçik bir hissəsidir. Burada ləl-cəvahirat, qiymətli daşlar, xaricdə saxlanılan pullar, xarici ölkələrdə alınmış mülkiyyət obyektləri də çirkli pulların saxlanılması üçün bir üsuldur.
Bunların müsadirə edilməsi, hərraca çıxarılması məsələnin bir tərəfidir. Ancaq elə bir şərait yaratmaq olmaz ki, 30-40 ildən sonra onların varisləri vəsatət qaldırsınlar ki, bu onların atalarından zorla alınıb. Biz də villaların sökülməsinin əleyhinəyik. Elə bir qərar verilməlidir ki, bu heç bir halda şübhə altına alınmasın və vətəndaşın, zərərçəkənin xeyrinə geridönüşü təmin olunsun".
Millət vəkili Fazil Mustafa isə qeyd etdi ki, bu məsələdə söz sahibi müvafiq dövlət qurumlarıdır: “Həbs olunan hər məmurun evi sökülmək məcburiyyətində deyil. Bu həmin şəxsin mülkiyyətidir, orada onun ailəsi yaşayır. Ancaq müsadirə edilib hansısa təyinat üzrə istifadə ediləcəksə, bunun üçün dövlətin müvafiq qurumları var, sosial fondları var, onlar qərar verə bilərlər. Mənim rəyimə gəlincə, mən həmin villaların uşaq evləri kimi istifadə edilməsinin tərəfdarıyam”. Yeni Müsavat” qəzetinin müxbiri Elşad Paşasoy isə həmin villaların məktəbəqədər təhsilin inkişafı istiqamətində təyin edilməsini təklif etdi: “Burada dövlətin verəcəyi qərar o mülklərin sökülməsindən ibarət olmamalıdır. Çünki Azərbaycanda çoxlu sayda gənc ailələr var ki, evsizdirlər. Həmçinin uzun illər kirayədə qalan, mənzil sahibi ola bilməyən vətəndaşlar da var. Bundan əlavə, 18 yaşı tamam olduqdan sonra internat evlərindən çıxan, taleyin ümidinə buraxılan gənclər var. Bu mülklər müvəqqəti də olsa, həmin insanlara yaşayış üçün verilə bilər. Ancaq daha yaxşı olardı ki, bu villalar uşaq bağçası kimi istifadə edilsin. Çünki Bakıda 3 milyondan çox əhali var və cəmi 315 uşaq bağçası fəaliyyət göstərir. Bu rəqəmlər problemin nə dərəcədə dərin olduğunu göstərir. Keçici bir mərhələ üçün həmin villaların yerləşdiyi ərazidə uşaqlar üçün bağça kimi təsis oluna bilər. Mən əminəm ki, həmin villalarda bunun üçün hər cür şərait var. Xalqın sərvəti ilə tikilmiş bu villalardan maksimum dövlət və millət mənafeyi üçün istifadə etmək lazımdır”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb