Azərbaycan İdeyası

Hacı Qamət Nardaran hadisəsini pislədi

Tarix:27-11-2015, 15:55
Baxış Sayı:408



 Hacı Qamət Nardaran hadisəsini pislədi




“Belə addımları heç vaxt dəstəkləməmişik”.
Dünən Nardaran kəndində radikal dindarlarla polis arasında qarşıdurma olub. Qarşıdurma zamanı 2 polis əməkdaşı və 4 nəfər dindar ölüb. Nardarandakı qarşıdurmanı “Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov da şərh edib.
"Korrupsiya və Qanun" saytı xəbər verir ki, verir ki, o, Modern.az-a açıqlamasında deyib ki, hakimiyyətə qarşı hər hansı hadisənin törədilməsi yolverilməzdir.
“Nardaranda baş verən hadisələrə mövqeyimiz budur ki, hakimiyyətə qarşı çıxmaq olmaz. Hakimiyyət nümayəndələrinə xəsarət yetirmək, hər hansısa formada zərər vermək yanlış addımdır. Bu cür hadisələrin hər bir növünü pisləyirik. Belə addımları heç vaxt dəstəkləməmişik”.
Hacı Qamət Nardaran hadisələrində dini kəsimin bu dərəcədə arxayın olmasında kənar qüvvələrin təsirinin olması fikrinə də toxunub.
“Nardaran hadisələrində kənar qüvvələrin müdaxiləsi də mümkün ola bilər. Görünür, onlar nəyəsə arxayındırlar. Bu, istisna edilmir. Çünki hakimiyyətə qarşı təkbaşına mübarizə aparmaq asan deyil.
Bunların arxasında hansısa güclü tərəflər dayanmalıdır ki, qarışıqlıq yaratmağa qoşulan adamlar belə addım ata bilsinlər. Ola bilər ki, həm daxildə, həm də xaricdə Nardaran hadisələrinə rəvac verənlər olsun”.
Hacı Qamət Nardaranda baş verənlərin İranmeylli qüvvələrlə əlaqələrin olmasına da münasibət bildirib.
“Nardaranda baş verən hadisələr İranmeylli qüvvələrin olmasını göstərir. Çünki dünənki hadisə şiə məzhəbinin tərəfdarları tərəfindən törədilib. Dəqiq nəsə deyə bilməsəm də, ehtimallar onu deməyə əsas verir”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO