Azərbaycan İdeyası

Vitse-spiker Nardaran hadisələrindən danışdı

Tarix:30-11-2015, 17:18
Baxış Sayı:398

Vitse-spiker Nardaran hadisələrindən danışdı





Nardaranda hüquqazidd hərəkətlər baş verib. Hüquq-mühafizə orqanları da bu hərəkətləri araşdırır və hüquqi qiymət də veriləcək.
Korrupsiya və Qanun" saytı AzVision.az a istinadən xəbər verir ki, bunu jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova Nardaran qəsəbəsində baş verən hadisələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bütün vətəndaşlardan dini inancından, siyasi, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərmək tələb olunur: `Dini inanc insanın özünə məxsusdur. Bu bizim mədəniyyətimizin, dünyagörüşümüzün bir hissəsidir, amma tam həyatımız demək deyil`.
B.Muradova qeyd edib ki, bu tip hadisələrə hələ tədqiqat getdiyi bir dövrdə müəyyənləşmiş şəkildə münasibət bildirmək imkanı yoxdur: `Elə bu məsələ ətrafında da siyasi ajiotaja və məsələni daha da gərginləşdirməyə xidmət edən açıqlamalara lüzum görmürəm. Hər bir Azərbaycan vətəndaşı dünyəvi bir ölkənin vətəndaşı olduğunu unutmamalıdır, öz həyatını dini inancı ilə birlikdə milli adət-ənənələrimizə, dəyərlərimizə, müasir və dünyəvi dövlət olaraq, qanunlara uyğun qurmağı, yaşamağı bacarmalıdır. Bu bizim hər birimizin qarşısında bir vəzifə kimi durur`. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO