Azərbaycan İdeyası

Evlər söküləcək, yerində yol salınacaq - RƏSMİ

Tarix:18-12-2015, 16:23
Baxış Sayı:431

Evlər söküləcək, yerində yol salınacaq - RƏSMİ



Yeni Bakı-Sumqayıt dəmir yolunun tikintisi üçün 500-550 mln. dollar investisiya tələb olunacaq.
Bu barədə dünən jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov məlumat verib.
"Korrupsiya və Qanun" saytı publika.az-a istinadən xəbər verir ki, C.Qurbanov ümumilikdə 180 km uzunluğunda yolun inşa edilməli olduğunu, bunun üçünsə böyük vəsait lazım gəldiyini deyib.
Onun sözlərinə görə, dəmir yolu Zabrat və digər qəsəbələrdən keçəcək. İşlərə yolun keçəcəyi ərazilərin qanunsuz tikililərdən, rabitə xətlərindən və digər obyektlərdən təmizlənməsi də daxildir.
QSC sədri deyib ki, Azərbaycan hökuməti bu məqsədlə Asiya İnkişaf Bankından kredit cəlb etmək niyyətindədir.
C.Qurbanov əlavə edib ki, dəmir yolunun inşası Bakı-Sumqayıt marşrutu ilə sərnişin axınının gündəlik həcmini 30-40 min nəfərə çatdırmağa imkan verəcək.
Onun sözlərinə görə, 2015-ci ilin dekabr-2016-cı ilin yanvar aylarında Azərbaycana "Stadler Rail Group" şirkətinin istehsalı olan və "Stadler Minsk" zavodunda istehsal edilmiş iki yeni qatar gətiriləcək.
Qeyd edək ki, hazırda Sumqayıt-Xırdalan-Bakı dəmir yolunun uzunluğu 85 km təşkil edir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.