Azərbaycan İdeyası

Banklar ağır durumda - Sırada kimdir?

Tarix:18-12-2015, 17:17
Baxış Sayı:461

Banklar ağır durumda - Sırada kimdir?



Ölkə banklarının durumu kritikdir. Son olaraq "Bank of Azerbaijan" ASC müflis olduğunu elan edib.
"Korrupsiya və Qanun" saytı musavat.com-a istinadən xəbər verir ki, problem şərh edən ekspert Əkrəm Həsənov bildirib ki, növbədə bir neçə bu cür bank var: "Bank of Azərbaycan" artıq iki ilə yaxındır ki, əmanətləri qaytara bilmir. Ümumən hesabatlarını gizlədən hər bir bank müflislik təhlükəsi ilə üzləşmiş hesab edilə bilər. Sadəcə, ola bilər ki, son anda ona kimsə kömək etsin. Digər namizəd "Bank VTB"dir (Azərbaycan), çünki Mərkəzi Bankın kapital tələbini pozur, bir neçə aydır 50 milyon manat əvəzinə heç 40 milyonu yoxdur. Digər əsas da odur ki, onun da ana bankı VTB Rusiyada çox ağır vəziyyətdədir indi. Düzdür, ola bilər ki, Rusiya dövləti onu hələlik xilas etsin, amma inanmıram ki, Azərbaycan VTB-nin xilasına pul ayırsın. Bununla belə, digər banklar da müflisliyə çox yaxındır. Sadəcə, bunu ona görə bilmək çətindir ki, 42 bankdan az qala 30-u hesabatını gizlədir".
Ekspert Samir Əliyev qeyd edib ki, "Bank of Azerbaijan"da uzun müddətdir problemlər var. Bank vətəndaşların əmanətlərini qaytarmır: "Bank müflis olanda sığorta hadisəsi baş verir və vətəndaşlar pullarını Əmanətlərin Sığortalanması Fondundan götürə bilirlər. Amma bank işləyib pulu qaytara bilmirsə, bu, sığorta hadisəsi deyil. İndi vətəndaşlar 30 min manatdan artıq olmamaq şərti ilə öz əmanətlərini geri ala biləcəklər, yerdə qalanların taleyi sual altında qalacaq. Əslində Mərkəzi Bank həmin bankın lisenziyasını vaxtında geri almalı idi. Görünür, artıq bankı xilas etmək mümkün deyil". Ekspertin sözlərinə görə, bank sektorunda vəziyyət pisdir, kritikdir: "Bir neçə bankın tezliklə bağlanması gözləniləndir. Söhbət ən azı 4-5 bankdan gedir. Əslində Mərkəzi Bank tədbir görməlidir. Mərkəzi Bank bankların onun tələblərini yerinə yetirməsi səviyyəsini yoxlamalıdır".
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA