Azərbaycan İdeyası

Bakıda elektron məhsul mağazaları bağlandı – FOTO

Tarix:21-12-2015, 12:52
Baxış Sayı:462

Bakıda elektron məhsul mağazaları bağlandı – FOTO



“Satış yoxdur”.

Bu gün paytaxt Bakının bir çox iri alış-veriş mərkəzlərində, dükanlarda satış dayanıb. Səbəb manatın üzən məzənnə siyasətinə keçidinin elan olunmasıdır.
"Korrupsiya və Qanun" saytı bildirr ki, Virtualaz.org saytının hazırda paytaxtın iri ticarət mərkəzlərində olan reportyorları xəbər verir ki,iri alış-veriş mərkəzlərinin bağlı qapılarının üstünə “Satış yoxdur. Mağazalar saat 13-dən sonra işləyəcək” məzmunlu elanlar asılıb.
Ticarət mərkəzlərinin əməkdaşları buna dolların bugünkü bahalaşmasının səbəb olduğunu, satışın bir çox malların qiymətlərinin yeni kursa uyğun yenidən müəyyənləşdirilməsi səbəbi ilə dayandırıldığını bildiriblər.
Satışı dayandıran mağaza və şirkətlər arasında “İrshad Telecom”, “Music Gallery”, “Baku Electronics” və digərləri var.
Qeyd edək ki, Mərkəzi Bank bu gün manatın üzənnə məzənnə siyasətini keçidini elan edib. Nəticədə dollar bir gündə 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.
Bəzi dükanlarda isə elektronika malları artıq kəskin bahalaşıb və yeni qiymətə satılır. Məsələn, dükanlardan biri dünənə qədər 400 manata olan "Samsung" markalı telefonu virtualaz.org saytının müxbirinə 485 manata təklif edib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb