Azərbaycan İdeyası

Manat ucuzlaşdı. Evlər bahalaşacaq?

Tarix:21-12-2015, 16:21
Baxış Sayı:383

Manat ucuzlaşdı. Evlər bahalaşacaq?



"Korrupsiuya və Qanun" saytı Day.Az-a istinadən bildirir ki, bunu daşınmaz əmlak bazarı üzrə ekspert Rövşən Talıbzadə deyib.
Onun sözlərinə görə, hazırda bazarda alıcılıq qabiliyyətinin aşağı olması müşahidə edilir.
"Fevraldakı devalvasiyadan sonra qiymətlər necə dəyişmişdisə, gələn il də elə olacaq. Ev və mənzillərin qiyməti ucuzlaşacaq", - R.Talıbzadə söyləyib.
Digər ekspert Araz Əbdülkərimov isə hesab edir ki, əksinə, daşınmaz əmlak bazarında qiymətlər qalxacaq: "İndi elə bir vəziyyətdir ki, nəyisə proqnozlaşdırmaq asan deyil. Lakin Bakıda ev və mənzillərin bahalaşmasını istisna etmirəm. Ərzaq məhsullarının qiyməti dəyişsə bu, mütləq daşınmaz əmlak bazarına da təsir edəcək. Manatla əmanətləri olan vətəndaşlara məsləhət görərdim ki, torpaq, mənzil alsınlar. Manat ucuzlaşır, onu saxlamağa dəyməz. Sabah nə olacağı bilinmir".
"Bu gün onsuz da qiymətlər aşağı düşür. Azərbaycanda üzən məzənnə siyasətinin tətbiq olunması isə mənzil bazarında qısa müddətdə də olsa qiymətlərin stabilləşməsinə səbəb olacaq, amma gələn ilin mart-aprel aylarından isə qiymətlərin düşməsi qaçılmaz olacaq".
Bunu isə oxu.az-a Daşınmaz Əmlak bazarı üzrə mütəxəssis Nüsrət İbrahimov deyib.
N.İbrahimov deyib ki, qiymətlər stabil qalsa da belə, mövcud aktivlik aşağı düşəcək:
"İnsanların gəlirlərində elə bir artım yoxdur, eləcə də bazarda pul kütləsinin artımı da baş vermir. Ona görə də bazarda qiymətlər qalxacaq desək, bu, yanlış olacaq. Ona görə də qiymətlər stabil qalacaq. Amma mövcud aktivlik daha da aşağı düşəcək".
Bazarda bundan sonra tələb və təklif necə formalaşacaq sualına isə mütəxəssis bu cür aydınlıq gətirib:
"Bu gün əmlakını satmaq istəyənlər onu satışdan geri çəkirlər. Alanlar isə gözləmək mövqeyinə keçirlər, çünki onlar bilmir ki, sabah nə baş verəcək? Yəni belə deyək, hadisələrin axarını gözləyirlər", - deyə İbrahimov əlavə edib.
"Bu gün isə hələ ki qeyri-müəyyənlikdir. Ona görə də hələ ki nə satan, nə də alan var. Qərar qəbul etmirlər, gözləyirlər", - deyə o əlavə edib.
Ekspert bir daha vurğulayıb ki, ötən təcrübədə qiymətləri bahalaşdırsalar da, mənzilləri alan olmadığından qiymətləri əvvəlki yerinə qaytardılar:
"Cari ilin fevralında qiymətləri bahalaşdırdılar. Amma alan olmadı. Martda isə qiymətləri əvvəlki yerinə qaytardılar. Azərbaycanda üzən məzənnə siyasətinə keçiddən sonra bahalaşma olmayacaq. Mümkün deyil. Çünki biz artıq ötən devalvasiyada bu mərhələni keçmişik. Bu sahədə artıq təcrübəmiz var". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.