Azərbaycan İdeyası

Generallar gömrükdə yoxlama apardı

Tarix:22-12-2015, 12:00
Baxış Sayı:792



Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komi­tə­sinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev tərəfindən “Samur” dövlət sərhəd buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı vəziyyəti yoxlanılıb.
"Korrupsiya və Qanun" saytının aldığı məlumatına əsasən DSX-dən AzVision.az- a verilən məlumata görə, Prezident İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmi­ləş­di­rilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülən tədbirlərin səmərəliyinin qiymətlən­­­dirilməsi məq­sə­dilə dövlət sərhə­dindən keçən şəxslərlə söhbətlər edilib. Şəxslərin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə olunub.
Bu məqsədlə general-polkovnik E.Quliyev və gömrük xidməti general-leytenantı A.Əliyevin rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Prezidentin ölkə­mizdə biznes mühitinin daha da yaxşılaşdırılması, sahib­kar­lığın inkişaf etdirilməsi, turizm imkanlarının genişləndirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafeyinin qorun­ması ilə bağlı son zamanlar qəbul etdiyi qərarların və verdiyi göstərişlərin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparıl­ıb.
Bu tapşırıqlar baxımından “Samur” dövlət sərhədindən buraxılış məntə­qə­sin­dəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komi­tə­sinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlən­məsi məsələləri müza­kirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.
Sərhədkeçmə məsələlərinin daha da təkmil­ləş­dirilməsi, son zamanlar tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlərin operativ həll edilməsi, dövlət sərhə­din­dən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb