Azərbaycan İdeyası

`İnsan haqları alətə çevrilə bilməz` - İşçi qrupu toplandı

Tarix:24-12-2015, 12:27
Baxış Sayı:408

`İnsan haqları alətə çevrilə bilməz` - İşçi qrupu toplandı



Bu gün insan haqları üzrə işçi qrupun növbəti iclası keçirilib.
"Korrupsiya və Qanun" saytı AzVision.az-ın xəbərinə görə, məlumat verir ki, iclasda işçi qrupun həmsədri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, qrupun üzvləri, o cümlədən deputatlar, Ədliyyə Nazirliyinin, prokurorluğun nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
İclasda çıxış edən işçi qrupun həmsdəri Səməd Seyidov xatırladıb ki, sonuncu iclasdan sonra Avropa Şurasının (AŞ) baş katibi Tyorborn Yaqland işçi qrupdakı xüsusi nümayəndəsi Aleksandr Qesselin iştirakı məsələsinə yenidən baxaraq geri çağırıb: “İşçi qrupda AŞ-nın baş katibinin iştirakı bizim üçün əhəmiyyətli olmayıb. O cümlədən xüsusi nümayəndəsinin geri çağırması. İndi Tyorbyorn Yaqland öz nümayəndəsini Azərbaycana geri göndərir. Bu, qəribə və başadüşülməzdir. Çünki, biz sadəcə öz xoş niyyətimizi, bütün beynəlxalq təşkilatlarla münasibətlərimizi təşkil edərək, hər kəsə bu işçi qrupun qapısını açmışıq. Ancaq bu işçi qrup beynəlxalq təşkilatlar üçün fəaliyyət göstərmir. İşçi qrup məhz ona görə yaradılıb ki, biz özümüz Azərbaycanda öz problemlərimizi müzakirə edərək həll yollarını hökumətə təqdim edək.
Buradan bütün beynəlxalq təşkilatlara müraciət edərək bildirmək istəyirəm ki, heç kimin təsiri altında fəaliyyət göstərməyən işçi qrup bundan sonra da fəaliyyətini davam etdirəcək. İnsan haqları problemi, qanunun aliliyi, demokratiyanın inkişafı Azərbaycan dövlətinin qruculuğunda ən əsas prioritetlərdəndir. Bu istiqamətdə Azərbaycan cəmiyyəti birləşmək iqtidarındadır. Bu işçi qrupun fəaliyyətində özünü çox gözəl göstərir”, - deyə S. Seyidov bildirib.
İşçi qrpun həmsədri vurğulayıb ki, insan haqları hər hansı bir məqsəd üçün alətə çevrilə bilməz, insan haqlarından istifadə edərək dövlətlərə təzyiq göstərmək olmaz. İnsan haqları ali bir dəyərdir. Azərbaycan insan haqları ilə bağlı öz işini görmək iqtidarındadır”.
Milli Məclisin deputatı Azay Quliyev isə bildirib ki, İşçi Qrupu Azərbaycanda daxili dialoqun, ictimai barışın daha da irəli aparılması və güclənməsində çox xüsusi bir vasitədir: “Avropa Şurasının baş katibi Tyorborn Yaqlandın İşçi Qrupundakı nümayəndəsini geri çağırması başa düşülən deyil. Dəfələrlə qeyd etmişik ki, bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırıq. Təəssüflər olsun ki, bəzən beynəlxalq təşkilatların buna hazır olmadıqlarına şahid oluruq. İşçi Qrupu öz işini davam etdirməli, bir çoxlu məsələləri bu formatda müzakirə edib, həllinə nail olmalıdır”.
A Quliyev deyib ki, İşçi Qrupu QHT-lərlə sıx təmasdadır: “QHT-lərin qaldırdığı məsələləri bilirik. Bir çox hallarda fərdi qaydada müzakirələr aparırıq. İnsan haqlarının müdafiəsi və monitorinq qrupu öz işini peşəkar səviyyədə davam etdirir. Əhv komissiyasına dəfələrlə onların müraciətləri daxil olub. İstnilən halda vətəndaş cəmiyyəti ilə daimi dialoqdayıq. Bu dialoq dövlətlə vətəndaş arasında müsaibətlərin sağlam olması, əlaqələrin inkişaf etməsi üçün ömənlidir ki, dövlət qurumları vətəndaş cəmiyyətinin səsisə səs verə bilsin, onların fikirlərini nəzərə alsın. Əminəm ki, bugünkü iclas çox faydalı olacaq”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb