Azərbaycan İdeyası

Azərsu”da nöqsanlar aşkarlandı

Tarix:24-12-2015, 16:23
Baxış Sayı:388

Azərsu”da nöqsanlar aşkarlandı



Hesablama Palatasının Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş iclasında “Azərsu” ASC-də “Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiya layihəsi” və “Açıq kommunal infrastruktur Proqramı-II” layihələrinə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən (YBƏA) və Almaniyanın “KfW” Bankından cəlb olunmuş kreditlər və dövlət əsaslı vəsait qoyuluşu üzrə aparılmış auditin nəticələri müzakirə edilib.

AzVision.az xəbər verir ki, auditor C. Həsənov “Azərsu” ASC-nin Nizamnaməsində onun səhmlərinin dövlət mülkiyyətində saxlanıldığı dövrdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid məsələlərin həllinin qanunvericiliyə uyğun olaraq müvafiq qaydada hansı dövlət orqanları tərəfindən həyata keçirilməsinin tənzimlənmədiyini, İdarə Heyəti haqqında Əsasnamənin qəbul edilmədiyini diqqətə çatdırıb.
Auditor kredit vəsaitindən istifadənin geçikməsi nəticəsində kreditin 5,5 il ərzində cəmi 21,2%-i istifadə olunduğunu, müqavilənin icra müddətinin uzadılması və bəzi xidmətlər üzrə əlavə vəsaitin məbləğinin Azərbaycan hökumətinin payı hesabına maliyyələşdiriləcək müvafiq hissəsinin artmasına şərait yaratdığını bildirib. Auditor layihələr üzrə investisiya təkliflərinin dəqiq hesablamalarla əsaslandırılmaması və nəzərdə tutulmuş icra qrafiklərinə riayət edilməməsi səbəbindən müvafiq illər üzrə ilkin olaraq dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsaitin məbləğinin dəfələrlə dəyişdirildiyini, layihələr üzrə tikinti-quraşdırma işlərinin ehtimal olunan dəyəri müəyyən edilərkən Azərbaycan ərazisində mövcud olan qiymətlərdən fərqli qiymətlərin tətbiq edildiyini qeyd edib.
Həmçinin layihə-smeta sənədlərinin vaxtında hazırlanmaması və tikinti işləri üzrə layihələrə edilən dəyişikliklərin ayrılan vəsaitlərdən səmərəli istifadə olunması üçün qeyri-münbit şərait yaratdığını, nəticədə bəzi hallarda podratçılara artıq vəsait ödənildiyini nəzərə çatdırıb. C. Həsənov nəql borusuna müvəqqəti qoşulmalar və razılaşdırılmamış dəyişikliklərin bir sıra hallarda nəql borularının əsaslı səbəb olmadan zədələnməsinə, ümumilikdə bütöv sistemlərin funksionallığının risklərlə müşahidə olunmasına və layihələr üzrə əhalinin 24 saatlıq davamlı su təchizatı və kanalizasiya sistemləri ilə təmin olunmasına neqativ təsir etməsinə gətirib çıxardığını qeyd edib. Eyni zamanda bütün bunların layihələr üzrə nəzərdə tutulmuş işlərin başa çatdırılmaması və davam etdirilməsinin, obyektlərin istifadəyə verilməməsinin isə nəzərdə tutulmuş digər son hədəf göstəricilərinə (xidmət göstərilən və ya əhatə olunan əhalinin faizi, çirkab suların emal edilərək Xəzər dənizinə, kanal və ya çaylara axıdılması kimi göstəricilər) nail olunması səviyyəsinin qiymətləndirilməsinə imkan vermədiyini söyləyib.
Auditor tövsiyələri diqqətə çatdıraraq, səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid məsələlərin qanunvericiliyə uyğun tənzimlənməsi və Cəmiyyətin İdarə heyəti haqqında Əsasnamənin qəbul edilməsi istiqamətində müvafiq tədbirlər görülməsini, dövlət əsaslı vəsait qoyuluşu üzrə büdcə təkliflərinin “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın və digər aidiyyəti qanunvericilik aktlarının tələblərinə əməl edilməklə tərtib edilməsini zəruri hesab edib. Eyni zamanda investisiya təkliflərinin dəqiq hesablamalar aparılmaqla təqdim edilməsi və nəzərdə tutulmuş icra qrafiklərinə riayət edilməsi təmin olunması, ödənişlərinin artmasına, həmçinin sifarişçi ilə razılaşdırılmadan layihə üzrə iş həcminə əlavə və dəyişikliklərin aparılmasına və əlavə vəsait xərcinə yol verilməməsi məqsədilə fəaliyyətin gücləndirilməsi, texniki-iqtisadi əsaslandırma sənədi olan Yekun Hesabatlarda layihə üzrə əhəmiyyətliliyi özündə əks etdirən əsas hədəf göstəricilərinə layihələrin son icra müddətinədək nail olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədəmüvafiq hesab olunub.
ASC tərəfindən layihə üzrə nəzərdə tutulan maliyyə resurslarından məhsuldar istifadə olunması, kredit və qrant vəsaitlərinin məqsədyönlü və qənaətlə istifadəsi üzrə aparıla biləcək monitorinq və ya digər müşaiyyətedici tədbirlər həyata keçirilməklə layihələrin icrasına ayrılan vəsaitlərdən istifadənin səmərəliliyinin yüksəldilməsi, tikinti işlərinin keyfiyyətinin artırılması və vaxtında başa çatdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin də həyata keçirilməsini zəruri hesab edilib. Sonda nəzarət tədbirinin nəticələri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilib, Kollegiya qərarı səsə qoyularaq qəbul edilib.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO