Azərbaycan İdeyası

Gəncənin su və kanalizasiya sistemlərinin yenidən qurulması müzakirə edilib

Tarix:3-08-2022, 15:52
Baxış Sayı:248

Gəncənin su və kanalizasiya sistemlərinin yenidən qurulması müzakirə edilib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovla görüşüb. Görüşdə Gəncə şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi, layihə çərçivəsində görülən işlər və planlar müzakirə edilib.

"Korrupsiya və qanun" qəzeti APA-ya istinad olaraq məlumata görə, ilk növbədə layihə çərçivəsində görülən işlər barədə görüş iştirakçılarına məlumat verilib. Bildirilib ki, şəhərin su təchizatı sisteminin yenidən qurulması üzrə işlərin 43, kanalizasiya sisteminin yenidən qurulması üzrə işlərin isə 40 faizi başa çatıb. Gəncə şəhərinin mərkəzləşdirilmiş su təchizatı sisteminin yenidən qurulması zamanı çirkab su təmizləyici qurğu da inşa ediləcək. Bu da çirkab suların müvafiq tələblərə cavab verəcək şəkildə təmizləndikdən sonra texniki su kimi istifadə edilməsinə imkan yaradacaq.

Görüşdə o da bildirilib ki, layihənin icrası zamanı baş verən ləngimələr, şəhərin müxtəlif ərazilərində aparılan qazıntı işlərindən sonra küçələrin asfalt örtüyünün bərpa edilməməsi, müvafiq işlərin görüldüyü bir sıra ərazilərdə asfalt örtüyünün çökməsi əhalinin haqlı narazılığına səbəb olub.

Qeyd edilib ki, cari il ərazində layihə çərçivəsində işlərin davam etdirilməsi və mövcud çatışmazlıqların mərhələli şəkildə aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.

Korrupsiya və qanun [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı