Azərbaycan İdeyası

Səbaildə 277 konteyner meydançası yaradılıb

Tarix:17-08-2022, 09:27
Baxış Sayı:1 012

Səbaildə 277 konteyner meydançası yaradılıb

Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi artıq 4-cü ildir ki, uğurla icra edilir.

Korrupsiya və qanun qəzeti APA-ya istinad olaraq verilən xəbərə görə, ilk olaraq Nərimanov rayonunda başlanan bu layihəyə daha sonra Nizami, Nəsimi və Yasamal rayonları da qoşulmuşdur. Əldə edilən müsbət nəticələr paytaxtın digər rayonlarında da yeniliklərin tətbiqinə imkan yaradıb və sentyabr ayından etibarən Bakının daha 2 rayonunda bu layihənin tətbiqinə başlanacaqdır.

Artıq Səbail rayonunda hazırlıq işlərinə start verilib. İlk növbədə rayon ərazisində 277 ədəd konteyner meydançası yaradılıb ki bu meydançalara yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılacaqdır.

Əraziyə cavabdehlər təyin olunub. Xarici mütəxəssislərin hazırladıqları layihədə sakinlərlə maarifləndirmə-izahetmə işlərinə böyük yer ayrılıb.

Bununla əlaqədar Səbail rayonunun bütün məhəllə və həyətlərində sakinlərlə maarifləndirici-izahedici görüşlərin keçirilməsinə başlanılıb. Bu işlərə Bakı Şəhər və Səbail Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB)

arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İcitmai Birlriyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.

Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər həyət və məhəllələrdə sakinlərlə görüşlər keçirir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllə və binaların bloklarına maarifləndirici posterlər yapışdırırlar.

Təbliğat və maarifləndirmə işlərinin KİV-lərdə də geniş aparılmasına başlanılıb.

Məlumat üçün bildiririk ki, layihənin həyata keçirilməsi üçün ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı 57 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq kommunal xidmətlərin istifadəsinə verilib və bu prosses davam edir.

Layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcəkdir.

Korrupsiya və qanun

OXŞAR XƏBƏRLƏR
Mervin 3 avqust 2023 01:02
  Жалоба     
Wonderful items from you, man. I've be mindful your stuff previous to and
you're just too magnificent. I actually like what you've bought right here, really like what you're saying and the way in which
in which you assert it. You are making it entertaining and
you continue to take care of to keep it wise. I can't wait to read much more from you.
This is actually a tremendous site.

Also visit my web page ... web oddigo
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı