Azərbaycan İdeyası

Əlillər üçün yeni güzəştlər - Qanun layihəsi

Tarix:22-01-2016, 11:05
Baxış Sayı:402

Əlillər üçün yeni güzəştlər - Qanun layihəsi



Azərbaycanda əlillərin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı yeni qanun layihəsi hazırlanır.
"Korrupsiya və Qanun" saytı AzVision.az a istinadən xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanda əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi üzrə aparılan siyasət geniş hüquqi bazaya malikdir. Ölkəmizdə bu qəbildən olan şəxslər beynəlxalq və yerli qanunvericilik aktlarında təsbit olunmuş bütün hüquq və azadlıqlara malikdirlər. Lakin bu qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə işlər daim aparılır və bu sahədə işlər davam etdirilməlidir. Çünki sosial sahələri əhatə edən qanunvericilik bilavasitə əhali ilə onların yaşayışı və əmək fəaliyyətləri ilə əlaqədar olduğundan bu sahədəki mövcud qanunvericilik aktlarına dəyişikliklər digər sahələrə nisbətən daha çox tələb olunur:
"Bununla bağlı 2016-cı ildə də qanunvericilik prosesi davam edərək ehtiyac olduğu zaman mövcud qanunlara əlavələr və dəyişikliklər ediləcəkdir. Bundan əlavə, Əmək və sosial siyasət komitəsi tərəfindən yeni "Əlillər və əlillərin reabilitasiyası haqqında" Qanun layihəsinin hazırlanması nəzərdə tutulur. Hazırlanacaq qanun layihəsinin əsas mahiyyəti odur ki, ölkədə əlillər və sağlamlıq imkanları məhdud şəxslər üçün güzəştləri artıraq, onlara problem yaradan bütün maneələri aradan götürək, əziyyət verən məsələləri həll edək, sosial şəraitlərini yaxşılaşdıraq".
Qeyd edək ki, 2015-ci ilin məlumatlarına görə, Azərbaycanda əlillərin ümumi sayı 568149 nəfər təşkil edib. Bunlardan 65482 nəfəri sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlar, 365750 nəfəri əmək stajı olan əlillər, 136917 nəfəri isə iş stajı olmayan əlillərdir. Ötən ilin məlumatlarına görə, ölkədə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sayı ümumi əhalinin 5,9 faizini təşkil edib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb