Azərbaycan İdeyası

Bakıda xüsusi hərəkət zolaqlarının yaradılması prosesi dayandırılıb

Tarix:25-01-2016, 14:55
Baxış Sayı:381

Bakıda xüsusi hərəkət zolaqlarının yaradılması prosesi dayandırılıb





Bakı. Ramiz Mikayıloğlu - APA. Bakı şəhərində müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi hərəkət zolaqlarının çəkilişi prosesi dayandırılıb.
"KOrrupsiya və Qanun" saytı APA-nın məlumatına görə, bildirir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 21 dekabr 2015-ci il tarixli “Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” fərmanı ilə Bakıda avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımaların və taksi minik avtomobilləri ilə sərnişindaşımaların mərkəzləşdirilmiş qaydada tənzimlənməsi və idarə edilməsini təşkili ilə bağlı Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin yaradılması və Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı səlahiyyətlərinin bilavasitə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına həvalə edilməsi ilə bağlıdır.
Hərəkət zolaqlarının yaradılması prosesinin dayandırılmasının müvəqqəti olduğu bildirilir.
Xatırladaq ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” 23 iyul 2015-ci il tarixli qərarına əsasən, Bakıda sərnişin daşımalarını yerinə yetirən avtobuslar və operativ nəqliyyat vasitələri üçün xüsusi zolaqların ayrılmasına başlanılıb, ilkin mərhələdə Bakıda sərnişin daşımalarını yerinə yetirən avtobuslar və operativ nəqliyyat vasitələri üçün 6 yerdə xüsusi zolaqların ayrılması barədə qərar verilib. Beləliklə, noyabra qədər Bibiheybət məscidindən Bakı Su İdman Sarayına qədər olan yolda, ikincisi Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən Azadlıq prospektinin kəsişməsinədək olan hissəsində, digərləri isə Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva və Bakıxanov küçələrinin kəsişmələri arasında olan hissə, Yusif Səfərov küçəsinin hər iki istiqaməti üzrə, daha dəqiq Xocalı prospekti ilə kəsişmədən Babək prospekti ilə kəsişməyədək, Baş Polis İdarəsinin binasının önündən Mehdi Mehdizadə küçəsi ilə kəsişməyədək olan hissələrdə xüsusi zolaqların çəkili başa çatdırılıb. Eyni zamanda “Azəryolservis” ASC və digər aidiyyəti qurumlar tərəfindən ümumilikdə 50-yə yaxın küçə və prospektlərdə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi hərəkət zolaqlarının çəkilişi ilə bağlı təkliflər hazırlanaraq , Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasını təqdim olunub. Ancaq Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin formalaşdırılması prosesi hələ başa çatmadığı üçün Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə əlaqədar Bakıda müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi hərəkət zolaqlarının çəkilişi prosesi müvəqqəti dayandırılıb. Keçən ilin noyabr ayından indiyə qədər ötən müddət ərzində xüsusi hərəkət zolaqlarının çəkilişi aparılmayıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 13 yanvar 2015-ci il tarixli sərəncamı ilə Vüsal Kərimli Bakı Nəqliyyat Agentliyinin baş direktoru təyin edilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO