Azərbaycan İdeyası

İsa Əzizov dərsə getmirmiş...

Tarix:29-01-2016, 15:23
Baxış Sayı:370

İsa Əzizov dərsə getmirmiş...




Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) Bakıda dava salmaqla gündəmə gələn İsa Əzizovla bağlı açıqlama verilib.
Universitetdən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, İ. Əzivov UNEC-in Maliyyə və mühasibat fakültəsinin II kurs tələbəsidir.
“Tədrisin təşkili qaydalarına uyğun olaraq, tələbə dərsə davam edə bilir və növbəti kursa keçir. Gəlmədiyi dərslər qayb yazılıb. Davamiyyət limitini keçdiyinə görə avtomativ olaraq imtahana buraxılmayıb və kəsr yaranıb. Tələbə kəsr olan davamlı fənlərə növbəti semestrdə buraxılmayacaq”-deyə universitetdən bildirilib.
Qeyd edilib ki, İsa Əzizovun dərsə davamiyyəti və semestr nəticələri "0" olduğu üçün qış imtahan sessiyasındakı heç bir imtahana buraxılmayıb.
Xatırladaq ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar. Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb. Təqsirləndirilən şəxslərdən İ. Əzizov məhkəmə qərarından apellyasiya şikayəti verib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA