Azərbaycan İdeyası

Müəllim yaxşı şagirdi döyərmi?

Tarix:29-01-2016, 15:30
Baxış Sayı:501

Müəllim yaxşı şagirdi döyərmi?




Son günlər sosial şəbəkələrdə müəllimlərin şagirdi döyməsi ilə bağlı yayılan videolar cəmiyyətdə qınaq obyektinə çevrilib. Ekspertlər hesab edirlər ki, müəllimin şagirdi döyməsi sovetlər dövründən qalan ənənədir.
Müəllimin şagirdi döyməsi ilə bağlı aparılan müzakirələr zamanı maraqlı fikirlər ortaya çıxır. Bir çoxları düşünürlər ki, müəllim yaxşı şagirdi döyməz, şagird döyülürsə, günahı müəllimdə yox, şagirdin özündə axtarmaq lazımdır.
Şagird dərsə səs salırsa, əxlaqsız davranışlara yol verirsə, müəllim nə etməlidir?
Millət vəkili Musa Quliyev hesab edir ki, kimliyindən aslı olmayaraq, müəllimin şagirdi döyməsi, zor tətbiq etməsi yolverilməzdir.
“Bir vaxtlar insanları cəza ilə idarə edə bilirdilər. İndi dünyanın heç bir yerində şagirdi döymək praktikası mövcüd deyil. Müəllimə heç kim haqq vermir ki, şagirdə əl qaldırsın. Bu, cinayətdir. Bütün postsovet ölkələrində, müsəlman ölkələrində belə ənənə qalır. Düşünürlər ki, müəllim şagirdi döyməklə ona yaxşı tərbiyyə verir. Bu yalnış düşüncədir. Kimisə döymək cinayətdir, tərbiyyə yox”.
M. Quliyevin sözlərinə görə, şagirdi döyən müəllimlər qanun qarşısında cavab verməlidirlər: “Uşağı döyməklə vətəndaş yetişdirmək olmaz. Belə şəraitdə uşaqlar vətəndaş yox, qul kimi böyüyürlər. Müəllim şagirdi döyürsə, bu, onun tərbiyyəsindən irəli gəlir. Hesab edirəm ki, zaman keçdikcə, yeni dövrün müəllimləri bu metodikanı unudacaqlar”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO