Azərbaycan İdeyası

Ölkədə 323 məktəb, 240 uşaq bağça dezinfeksiya olundu

Tarix:29-01-2016, 16:42
Baxış Sayı:364



İndiyə kimi "donuz qripi" təhlükəsinə qarşı 323 məktəb və 240 uşaq bağçasında dezinfeksiya işləri aparılıb".
"Korrupsiya və Qanun" saytı APA-ya istinadən bildirir ki, bunu Bakı Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov deyib.
O bildirib ki, dezinfeksiya işləri Bakı, Gəncə, Mingəçevir, Sumqayıt və Abşerondakı məktəb və bağçalarda aparılıb.
Baş həkim qeyd edib ki, məktəb və bağçalarda dezinfeksiya işləri bu həftənin sonunda başa çatdırılacaq.
Kəpəz TV (Region TV) xəbər verir ki, "donuz qripi" xəstəliyi ilə əlaqədar Gəncədə yerləşən məktəb və məktəbəqədər təhsil müəssisələrində əlavə tədbirlər həyata keçirilir. Bunun üçün təhsil ocaqlarının binaları, dəhlizləri, qapı və pəncərələri xüsusi maddələrlə dezinfeksiya edilir. Son 1 həftə ərzində Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən şəhərin 35 məktəbində və 20 uşaq bağçasında bu kimi işlər görülüb.
Səlbi Cəfərova - Gəncə Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi: "Bununla yanaşı, əhalinin sıx məskunlaşdığı yerlərdə də profilaktika məqsədilə dezinfeksiya işləri aparılır. Ölkəmizdə "donuz qripi" aşkar edilməyib, amma buna baxmayaraq, profilaktika məqsədilə bu işləri görürük. Fəsilə əlaqədar olaraq infeksion xəstəliklər kütləvi şəkildə yayılmayıb. Təsadüf hallarda olur, o da tərəfimizdən tez qarşısı alınır".
Aparılan dezinfeksiya işləri ilə yanaşı, qurumun həkimləri məktəb və bağçalarda virusdan qorunmağın yolları barədə tövsiyələr də verirlər. Hazırda Gəncədə epidemioloji durum sabitdir və bu günədək "donuz qripi" xəstəliyi qeydə alınmayıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb