Azərbaycan İdeyası

1100 nəfər dövlət təminatında yaşayır

Tarix:11-02-2016, 13:28
Baxış Sayı:460

1100 nəfər dövlət təminatında yaşayır




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1100 nəfərə yaxın şəxs daimi dövlət təminatında yaşayır.
"Korrupsiya və Qanun" saytı bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, De-institusionalizasiya tədbirləri nəticəsində ötən il sosial xidmət müəssisələrindən ümumilikdə 70 nəfər ailələrinə qayıdıb. Nazirliyin sosial xidmət müəssisələrində hazırda 1082 nəfər şəxsin stasionar şəraitdə sosial xidmətlərlə təminatı həyata keçirilir.
Onlardan 320 nəfər sağlamlıq imkanları məhdud uşaq müvafiq olaraq nazirliyin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, 202 nəfər şəxs Müharibə və əmək əlilləri üçün pansionatda, digər şəxslər isə aidiyyəti üzrə sosial xidmət müəssisələrində yaşayırlar. Bu müəssisələrdə yaşayan insanlar daimi olaraq qida, geyim, tibbi və reabilitasiya xidmətləri ilə təmin edilirlər.
Sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılması sahəsində də son illərdə məqsədyönlü işlər aparılır. Bu istiqamətdə mühüm tədbirlərdən biri kimi, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində 1 saylı və 2 saylı sosial xidmət müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlar üçün nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılması təmin olunub. Həmçinin ayrı-ayrı sosial xidmət müəssisələrində əsaslı təmir işləri aparılıb və hazırda da bu istiqamətdə işlər davam etdirilir.
Sosial xidmət müəssisələrində yaşayan şəxslərin, eləcə də həmin müəssisələrdəki sağlamlıq imkanları məhdud uşaqların doğma ailə mühitinə qayıtmaları üçün de-institusionalizasiya tədbirləri də davam etdirilir. Bu tədbirlər nəticəsində ötən il sosial xidmət müəssisələrindən ümumilikdə 70 nəfər, o cümlədən 36 nəfər sağlamlıq imkanları məhdud uşaq doğma ailələrinə qayıdıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.