Azərbaycan İdeyası

Marneulidə Xocalı soyqırımına həsr edilən tədbir keçirilib-FOTOSESSİYA

Tarix:26-02-2015, 15:27
Baxış Sayı:445

Bu gün Rusiya tərəfdən Gürcüstanın torpaqlarının 20 faizinin işğal edilməsi qeyd olunur. Mən bu tədbirə gəlməmişdən əvvəl Sadaxlıda keçirdiyimiz toplantıda Gürcüstanın Rusiya tərəfdən 1918-ci ilin fevralın 25-də işğal olunması ilə bağlı fikirlərimi söyləmişəm. Rusiya bizə hücum etməmək barədə müqavilə bağlanmışdı. o gündən bu günə kimi yenə də işğal davam edir." Bu sözləri fevralın 25-də Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilən tədbirdə çıxışı zamanı sərhədyanı Sadaxlı kənd 1 saylı orta məktəbində gürcü dili müəllimi işləyən Darecan Xvedelidze bildirib. O, bu gün fevralın 25-i, sabah isə fevralın 26-ı günü azərbaycanlı və gürcü xalqlarına müəmmalı şəkildə simvolok olaraq bir-birinin arxasınca kədərli günlər qismət olduğunu bildirib: "Bu günlər bizim xalqlarımızın kədərli günlərini göstərir. Xocalı bəşər tarixində Dağlıq Qarabağda işgəncə və zülmlə həyata keçirilən ən qəddar və ağır cinayətlərlə dolu faciədir. Bu, soyqırımdır. Bu şəhər tamamilə dağıdılıb və burada yaşayan azərbaycanlılar öldürülüb, onların başına olmazın oyunlar gətirilib. Ümid edirik ki, bu cinayəti törədənlər cəzalandırılacaq, azərbaycanlıların da gürcülərin də xoş günləri olacaq və onlar işğal olunan torpaqlarına sahib olacaqlar," D. Xvedelidze vurğulayıb.
"Xocalıya Ədalət!" kampaniyası çərçivəsində təşkil olunan tədbirdə aparıcılıq edən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov gürcü və azərbaycanlıların dostluğunun həmişə olduğunu və bu dostluğu olduğu kimi gələcək nəsillərə çatdıracaqlarını, yaxın zamanlarda Abxaziya, Osetiya və Qarabağ məsələlərinin həll olunacağına ümid etdiyini bildirib.
Tədbirdə Sadaxlı 2 nömrəli orta məktəbində çalışan daha bir gürcü müəllimi David Kamkalidze, Alget kənd orta məktəbində çalışan gürcü dili müəllimi Nino Matiaşvili Xocalı faciəsini zamanın, dövrün ən acı və ağır faciəsi adlandırıblar.
Tədbirdə çıxış edən Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Azər Süleymanov, AMM-in gənclər şobəsinin rəhbəri Nərgiz Əliyeva Xocalı faciəsi ilə fikirlərini iştirakçılarla bölüşüblər.
Azər Süleymanov çıxışında Xocalıda işgəncə ilə öldürülənlərin arasında Borçalıdan olan iki ailənin üzvlərinin də vəhşicəsinə öldürüldüyünü bildirib: "Bu tədbirdəki foto sərgidə nümayiş olunan şəkillər içində 1991-ci ildə bizim ailəmizdə olan 3 uşağın şəkili də var. Mən də 80-ci illərdə Xocalıda onların ailəsində olmuşam. Əslən Borçalıdan olan bir ailədən ata, ana, üç uşaq öldürülüb. Xocalıda yaşayan Faiq Qarabağlı üç dəfə özünü asmaq istəyib. Axırda o dəli oldu. İndi deyin, erməni ilə dost olmaq olarmı? Bu tarix yaddan çıxmaz. Mən üzümü gənclərə tuturam, bu tarixi unutmayın!" A. Süleymanov bildirib.
Qeyd edək ki, Xocalının 23-cü ildönümnə həsr olunan tədbirdə gürcülər daha fəallıq göstəriblər.
Tədbirin sonunda Böyük Muğanlı kənd orta məktəbinin şagirdləri Xocalıya həsr olunan şeirlər söyləyiblər. Tədbirdə Xocalıdan bəhs edən kitablar, foto-sərgi və məktəblilərin çəkdiyi rəsm əsərləri nümayiş olunub.
Xocalıya həsr olunan tədbirdə Xocalının 23-cü illiyinə həsr olunan rəsm əsərlərinin müsabiqə qalibləri diplomlarla təltif olunub, tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, azərbaycanlı əsir və girovların azad edilməsi, qaçqın və məcburi köçgünlərin pozulmuş hüquqlarının bərpası barədə və onların doğma yurdlarına qayıtması barədə bəyanat qəbul ediblər.
Tədbirdə Xocalı haqqında imzatoplama mərasimi də keçirilib.
Qeyd edək ki, son bir ay içində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Tiflisdə, Bolnisdə, Rustavidə, Qardabanidə Xocalı soyqırımına həsr olunan tədbirlər keçirilib. Tədbirlərdə azərbaycanlılarla birlikdə gürcülər də iştirak edərək erməni vandalizminə, vəhşiliyinə nifrət və etiraz səslərini ucaldıblar. Tədbirlərdə gürcü ziyalıları, alimlər də çıxış edərək Xocalı soyqırımına münasibətlərini bildiriblər.
Xatırladaq ki, cinayətkar və amansız erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində Xocalıda 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin-qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz zülmə, təhqirlərə və işgəncələrə məruz qalıblar. Xocalı soyqırımı zamanı itgin düşən 150 nəfərin taleyi hələ də məlum deyildir. Xocalıda şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olub, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmayan oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirib. 200 nəfərin ayaqları soyuqdan qanqrena olub, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirililib. Onlar diri-diri yandırılıb, başlarının dərisi soyulub və kəsilib. Erməni vəhşiliyi körpə uşaqların gözlərinin çıxarılmasında, süngü ilə hamilə qadınların qarınlarının yarılmasında da özünü göstərib. Meyitlər üzərində insanlığa xas olmayan təhqiramiz hərəkətlər edilib.
Fevralın 26-da Tiflisdə Gürcüstan parlamentinin qarşısında "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində gürcü və azərbaycanlı gənclərin qatıldığı yürüş təşkil ediləcək və sonra Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək.

Nizami Məmmədzadə, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO