Azərbaycan İdeyası

Prezident Kəmaləddin Heydərova yeni vəzifə verdi - SƏRƏNCAM

Tarix:17-06-2016, 19:28
Baxış Sayı:743

Prezident Kəmaləddin Heydərova yeni vəzifə verdi - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2016-cı il martın 8-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli 882 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş”ə əsasən qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

Komissiyanın həmsədri

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Komissiyanın üzvləri:

İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini

Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Tofiq Abdullayev - Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Qətər Dövləti tərəfinə müvafiq bildiriş göndərsin. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO