Azərbaycan İdeyası

Nazirlik: Azərbaycan təyyarəçiləri ilə bağlı heç bir problem yoxdur

Tarix:5-03-2015, 14:42
Baxış Sayı:454

Dəqiqləşdirmələr aparılır

“Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Konyada keçirilən təlimdə tam tərkibdə iştirak edir, onlarla bağlı heç bir problem yoxdur”.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Türkiyəyə məxsus hərbi təyyarənin Konyada qəzaya uğraması barədə məlumatlara münasibət bildirilərkən deyilib.

Qəzaya uğramış təyyarənin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin iştirakçısı olub-olmadığına dair isə dəqiqləşdirmələr aparıldığı bildirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Əskişəhərdən təlim uçuşu keçirmək üçün havaya qalxan “F4 E 2020” təyyarəsinin Konya ərazisində naməlum səbəbdən qəzaya uğradığını açıqlayıb. Nəticədə 2 pilot həlak olub. Olayın səbəbləri araşdırılır.

Məlumatda qəzaya uğrayan təyyarənin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin Konyada keçirilən birgə təlimlərinin iştirakçısı olub-olmadığı barədə heç nə deyilmir.

Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən “TurAz Şahini 2015” təlimləri başlayıb.

Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, bir sıra ölkələrin Hərbi Hava Qüvvələrinin vasitələri müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqları yerinə yetiriləcəklər.

Təlimlər aprelin 13-dək davam edəcək. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb