Azərbaycan İdeyası

"Azərsu"nun Səbaildə su alveri: evlərə su verilmir, maşınlar 30 manata satır

Tarix:30-06-2016, 19:30
Baxış Sayı:833

"Azərsu"nun Səbaildə su alveri: evlərə su verilmir, maşınlar 30 manata satır
Səbail rayonunun Batamdar qəsəbəsində içməli su qıtlığı yaranıb. Bu barədə Qaynarinfo.az-a qəsəbə sakinləri məlumat verib.

Sakinlər bildirib ki, gün ərzində qəsəbəyə bəzən 10 dəqiqə, bəzən yarım saat su verilir. Şikayət edənlərə isə yay ayları olduğunda su qıtlığı yarandığı və fasilələrin bu səbəbdən olduğu bildirilir.

Çarəsiz qalan Batamdar sakinləri suyu pulla almalı olur. Belə ki, 5 tonluq maşınlar suyu 30 manata gətirir. Bina evlərində 2-3 qonşu birləşib bir maşın su alır, həyət evlərində yaşayanlar isə 30 manatı təkbaşına ödəməli olur.

Qısa araşdırmalar zamanı məlum oldu ki, əslində Bakıda su qıtlığı yoxdur. Amma problem bilərəkdən yaradılır. Sakinlərin bildirdiyinə görə, "Azərsu" ASC-nin 20-ci sahə yaşayış massivində Səbail rayonunu su ilə təmin edən anbarı var. Burda sakinləri təmin etmək üçün kifayət qədər su ehtiyatı mövcuddur. Amma Batamdar və digər qəsəbələrin təminatında qəsdən fasilələr yaradılar ki, vətəndaşlar suyu pulla alsın. Bizə məlumat verən mənbə bildirir ki, sakinlərə pulla satılan su məhz "Azərsu"nun 20-ci sahədəki anbarından daşınır.

Su qıtlığı varsa və məhz buna görə yayın istisində insanlar bu problemi yaşayırsa, anbardan çıxarılan və 30 manata satılan içməli su hardan gəlir? Necə olur ki, maşınlar satmağa su tapır, amma "Azərsu" vətəndaşları sussuz qoyub?

Bəs bu biznesin arxasında kimlər dayanır? Təbii ki, suyun anbardan çıxarılaraq insanlara satılması birbaşa "Azərsu" rəhbərliyinin nəzarəti altında baş verir. Çürki bu boyda cinayəti etməyə rəhbərliyin razılığı və icazəsi olmadan heç kimin cəsarəti çatmaz. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO