Azərbaycan İdeyası

Məktəbli formasının bahalaşması ucuz mal satışını canlandırdı

Tarix:8-07-2016, 18:24
Baxış Sayı:481

Məktəbli formasının bahalaşması ucuz mal satışını canlandırdı
Bakı Tikiş Evinin (BTE ) istehsalı olan məktəbli formaları bahalaşandan valideynlər daha ucuz və keyfiyyətsiz forma istehsalçılarına üz tutub.

Bu haqda BTE-nin satış şöbəsinin rəisi Etibar Əliyev məlumat verib.

O bildirib ki, BTE-də bütün ölçülər üzrə məktəbli formalarının tikilişinə start verilib:

“Kifayət qədər xammal və işçi qüvvəmiz var. Konkret sayı deyə bilmərəm, çünki, biz sifariş əsasında çalışmırıq. Nə qədər alınacaqsa, o qədər də tikəcəyik. Həm də təminat da yoxdur ki, hamı gəlib bizdən alacaq.

Özümüz xammalı Türkiyədən alıb, özümüz də istehsal edirik. Artıq valideynlər satış şöbələrimizə müraciət edərək? övladları üçün formalar almağa başlayıblar.

Doğrudur, əksəriyyət sentyabr ayının əvvəlində məktəb formalarını almağa başlayacaq. Amma kimlər ki, uzun növbə gözləyib əlavə vaxt itirmək istəmir, indidən bizə müraciət edirlər. Bir sözlə ağıllı adamlar indidən tərpənirlər”.

E.Əliyevin sözlərinə görə, iqtisadi çətinliklərlə bağlı nisbətən ucuz mallara üstünlük verənlər də var:

“Bəziləri hətta oradan-buradan gətirilib sexlərdə tikilən və ucuz qiymətə satılan formalara üz tutur. Doğrudur, əksəriyyət bizi seçir, amma ucuz mal istəyənlər də az deyil”.

Qeyd edək ki, BTE-nin istehsalı olan məktəbli formasının qiymətində 8, 5 faiz artım qeydə alınıb. 26-44 ölçülü məktəbli formasının (dəst) qiyməti 34 manatdan 37 manatadək, yuxarı sinif şagirdləri üçün isə 32-54 ölçülü formalar 43 manatdan 46 manatadək bahalaşıb.(Modern.az) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO