Azərbaycan İdeyası

Alman jurnalist Fransada Azərbaycanla bağlı sual verdi

Tarix:8-07-2016, 18:27
Baxış Sayı:313

Alman jurnalist Fransada Azərbaycanla bağlı sual verdi
Bu gün Avropa çempionatının başa çatması ilə bağlı bağlanış mətbuat konfransı keçirilib.

Qaynarinfo.az-ın Fransaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, finalın keçiriləcəyi "Stad de Frans"ın konfrans otağında jurnalistlər önünə UEFA-nın baş katibi Teodor Teodoridis, UEFA-nın Yarışların keçirilməsi üzrə rəhbəri Corcio Marketti də çıxıb.

Teodor Teodoridis: "3 nəfərə təşəkkürümü bildirirəm. Bunlar Fransa Futbol Assosiasiyasının prezidenti Jak Lambert, UEFA yarışlarının CEO-su Martin Kallen və Corcio Markettidir. Canni İnfantinoya niyə təşəkkür etmədim? Ona görə təşəkkür etmədim ki, o, artıq FİFA prezidentidir.

Bu turnirdə Macarıstanın çıxışı məni sevindirdi. Yunanıstanla Macarıstan arasında olan siyasi səbəblər bu çıxışa sevinməyimə mane ola bilməz. Mən Mişel Platiniyə bütün Avropa çempionatı boyu dəvət göndərdim. Məndə olan məlumata görə, o, finala da gəlməyəcək. Ancaq inanmaq istərdim ki, o fikrini dəyişəcək".

Əcnəbi jurnalistlərdən biri Avropa çempionatının oyunlarından bir neçəsinin 2022-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı sual verib. Sual belə olub: "Azərbaycanda insan hüquqları pozulur. Orda necə qitə çempionatı keçiriləcək?"

Teodoridisin cavabı isə belə olub: "Azərbaycanda bu yaxınlarda U-17 Avropa çempionatı keçirildi. Bizi ordakı təşkilatçılıq və futbola pul yatırılması sevindirdi. Ona görə də Azərbaycanın bu təşkilatçılığın öhdəsindən də gələcəyinə əminəm".

P.S. Sonradan həmin jurnalistin kim olduğu ilə maraqlandıq. Həmin jurnalist atası ərəb olan almaniyalı Nahar Xalid İsmail imiş...

Səbuhi Tofiqoğlu, Paris [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb