Azərbaycan İdeyası

Mikayıl Cabbarov Misir Mərdanovu “güllə qabağına” verir – “2” davası...

Tarix:8-07-2016, 18:30
Baxış Sayı:296

Mikayıl Cabbarov Misir Mərdanovu “güllə qabağına” verir – “2” davası...
Təhsil Nazirliyi buraxılış imtahanında şagirdlərin IX və XI sinifdə buraxılış imtahanında “2” qiymət almalarının maraqlı səbəbini açıqlayıb.

Təhsil Nazirliyindən verilən xəbərə görə, son 3 ildə Azərbaycanda 20 mindən çox şagird milli qiymətləndirimədə iştirak edib. Araşdırmalar nəticəsində aydın olub ki, şagirdlərin IX sinifdə buraxılış imtahanında “qeyri-kafi” qiymət almalarının əsas səbəbi onların, əslində, ibtidai sinifdə, yəni, 4-cü sinifdə zəif nəticə göstərmələridir. Yuxarı sinifdə zəif nəticə göstərən şagirdlər ibtidai sinfi yaxşı mənimsəmədiklərindən yuxarı siniflərdəki məzmunu da qavramaqda çətinlik çəkirlər.

"Qaynarinfo.Az" xəbər verir ki, Mikayıl Cabbarovun nazirliyinin bu açıqlamasını maraqlı edən isə əslində orada təkcə bu il buraxılış imtahanlarında 36 mindən artıq şağirdin “2” qiymət almasının məsuliyyətindən imtina cəhdidir. Məsələ burasındadır ki, nazirlik həmin şagirdlərin ibtidai sinifdə zəif nəticə göstərmələrini əsas gətirməklə problemin kökünün ən azı 5-7 il əvvələ gedib çıxdığına işarə edir. Beləliklə də dolayı yolla da olsa, məsuliyyət həmin dövrün təhsil naziri Misir Mərdanovun üzərinə qoyulur.

Düzü, Mərdanovun vaxtında ölkədə ali və orta təhsilin ciddi problemlər bataqlığında çapaladığını qeyd etmək artıqdır. Amma əksər müstəqil ekspertlər və sıravi vətəndaşlar Cabbarovun təhsil sisteminin başına keçdiyi dövrdən bu yana həmin problemlərin həlli istiqamətində təsirli addımlar atılmadığı qənaətindədirlər. Yəni əslində təhsil sektorunda yaxşılığa doğru dəyişəb heç nə yoxdur, əksinə, bu sahədə vəziyyət daha da ağırlaşıb.

Belədə Təhsil Nazirliyinin on minlərlə şagirdin buraxılış imtahanlarında “2” almasının kökünü əvvəlki illərdə axtarmağa çalışaraq, özünü məsuliyyətdən azad etməyə çalışması qeyri-ciddilikdir və ən azından acı təbəssüm doğurur.

Təhsil Nazirliyinin və onun tabeliyindəki müəssisələrin vəzifəsi həm də ibtidai sinifdə zəif göstəricilərə malik şagirdlərin sonrakı mərhələlərdə yaxşı nəticələrə nail olmasını təmin etməkdir. Əks halda ölkədə icbari təhsilə 4-cü sinifdən sonra nə hacət var? Qoy kim ibtidai sinifdə əla və yaxşı göstəricilərə nail olub, təhsilini davam elətdirsin, göstəricisi zəif olanlar isə məktəbdən kənarlaşdırılsın, onlar üçün nə valideynlər, nə də dövlət artıq xərc çəkməsin.

Ümumiyyətlə isə, bir halda ki, indiki təhsil sistemi belə şagirdlərin sonradan uğur qazanmasını təmin etmək gücündə deyil, onda Mikayıl Cabbarov və komandası nə işlə məşğuldurlar? Əlbəttə, əgər bunu soruşmaq ayıb deyilsə...

İlkin Hüseynli [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb