Azərbaycan İdeyası

Bakıda 130 min manat mənimsəyən qadına AĞIR CƏZA

Tarix:6-03-2015, 16:40
Baxış Sayı:592

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Bakı şəhər sakinləri, 1965-ci il təvəllüdlü Yeganə Mehdiyeva və 1979-cu il təvəllüdlü Vüsal Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Yeganə Mehdiyeva 8, Vüsal Paşayev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2013-cü ilin noyabr ayında Yeganə Mehdiyeva bir nəfəri aldadaraq ondan 130 min manat alıb. Bu işdə Vüsal Paşayev vasitəçilik edib. Y.Mehdiyeva verdiyi vədə əməl etməyərək pulu mənimsəyib. Zərərçəkmiş şəxs məsələ ilə bağlı Xətai rayon Polis İdarəsinə müraciət edib və Yeganə Mehdiyevanın barəsində Cinayət Məcəlləsinin 178 –ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, o axtarışa verilib.
Xətai rayon Polis İdarəsi və 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbirləri nəticəsində Yeganə Mehdiyeva tutulub. Barəsində aparılan ibtidai istintaq zamanı elədiyi əməllərdə Vüsal Paşayevin vasitəçiliyi olduğu məlum olub. V.Paşayev də polis əməkdaşları tərəfindən saxlanılıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO