Azərbaycan İdeyası

140 milyon insanı gözləyən dəhşətli zəlzələ - Azərbaycana təsir edəcəkmi?

Tarix:13-07-2016, 14:25
Baxış Sayı:401

140 milyon insanı gözləyən dəhşətli zəlzələ - Azərbaycana təsir edəcəkmi?
ABŞ-ın Kolumbiya Universitetinin geofizikləri Hind-Avstraliya tektonik plitəsinin enməsi nəticəsində dəhşətli zəlzələ baş verəcəyini proqnozlaşdırır. Alimlərin gəldiyi nəticəyə görə, Banqladeşin demək olar ki, bütün əhalisi - 140 milyondan çox insan təbii fəlakətin qurbanı olacaq.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ABŞ alimlərinin proqnozlaşdırdığı bu zəlzələnin Azərbaycan üçün nə qədər təhlükəli ola biləcəyi, zəlzələ ocaqlarını oyada biləcəyi ilə bağlı Publika.az-a açıqlama verib. O, bildirib ki, zəlzələni hələ də əvvəlcədən proqnozlaşdırmaq mümkün olmadığına görə, konkret fikir demək mümkün deyil: “Hesab edirəm ki, ABŞ alimlərinin açıqlamasını proqnoz kimi qəbul etmək doğru deyil. Çünki həmin bölgə zəlzələ ilə bağlı aktiv zonadır və dəfələrlə orada zəlzələ olub. Bu vaxta qədər həmin zəlzələlərin Azərbaycana təsiri olmayıb. Bundan sonra da həmin ərazidə olan zəlzələnin Azərbaycana təsiri olacağını ehtimal etmirəm. Əlbəttə, həmin bölgədə zəlzələ olanda Azərbaycanın müxtəlif bölgələrində də zəlzələ ilə üst-üstə düşə bilər. Lakin bunu Hind-Avstraliya tektonik plitəsində baş verən zəlzələ ilə əlaqələndirmək doğru olmaz”.

Qeyd edək ki, 2004-cü ildə Hind-Avstraliya tektonik plitəsinin enməsi sualtı zəlzələ və sunamiyə səbəb olub. Bir neçə saat ərzində Hindistan, İndoneziya, Tailand və Şri-lankada 230 mindən çox insan həlak olub. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO