Azərbaycan İdeyası

Azərbaycan əhalisinin sayı açıqlandı

Tarix:14-07-2016, 12:34
Baxış Sayı:483

Azərbaycan əhalisinin sayı açıqlandı
2016-cı il iyunun 1-nə olan məlumata əsasən Azərbaycan əhalisinin sayı 9 milyon 747 min 400 nəfərə çatıb. İlin əvvəlindən ölkə əhalisinin sayı 41,8 min nəfər və ya 0,4% artıb.

Dövlət Statistika Komitəsindən Ölkə.Az-a verilən xəbərə görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

Ölkə əhalisinin ümumi sayının 53,1%-i şəhər, 46,9%-i kənd sakinləri, 49,8%-i kişi, 50,2%-i isə qadındır. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkədə 65 min 300 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,3 nəfər təşkil edib. Doğulan körpələrin 53,2%-i oğlan, 46,8%-i qız uşaqlarından ibarət olub. Körpələrin 1174-ü əkiz, 30-u üçəm doğulub.

Cari ilin yanvar-may ayları ərzində ölkədə 24 min 300 min ölüm halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 nəfər olub. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO