Azərbaycan İdeyası

Sələmlə qazanılan çörək haramdır

Tarix:22-07-2016, 14:44
Baxış Sayı:344

Sələmlə qazanılan çörək haramdır

Bu gün məhkəmələrimizdə aparılan cinayət işinin xeyli hissəsi sələmçiliklə əlaqəlidir. Yəni birisi təcili ehtiyacı olduğu üçün haradansa, ya kimdənsə sələmə pul götürür, sonra da o pulu qaytara bilmədiyi, yaxud da ödəmədə gecikdirdiyi, ya faizini çatdıra bilmədiyi üçün arada qarşıdırma meydana gəlir və iş məhkəməyə gəlib çıxır. Çox hallarda da məsələ hələ məhkəməyə çatmadan qanla həll olur, ya pul sahibi pul verdiyi adamı vurur, ya da pul alan aldığını qaytara bilmədiyi üçün borcdan qurtarmağın yolunu əlinin qana batırmaqla işin içindən çıxmaq istəyir. Artıq sınanmış və hər kəsin bildiyi bir həqiqət var ki, sələmə pul verənlərin əksəriyyətinin aqibəti çox ağır olur. Heç çəkinmədən deyə bilərik ki, sələmlə qazanılan çörək haramdır. Sələm insanlığa yaraşmayan əməldir. İnsan bir-birinə yardım eləməlidir, əgər birisi bir işə düşübşəi ona qarşı şəfqətli davranmaq, yardım eləmək, ən azı borc vermək lazımdır. Borcun faizi olmaz, nə verirsənsə, onu da alırsan, sələm isə onsuz da batmış birisini yerin dibinə soxmaq kimidir. Yardım etmək, borc vermək insanlar arasında səmimiyyət hissini artırır, sələm isə ədavəti, düşmənçiliyi gücləndirir.
Sələmçilik, faizlə pul vermək günahdır, haramdır, Allah-Təalanın sevmədiyi işdir, insanlığa zidd olan əməldir. Allah-Taala bu işi haram buyurub.
Sələmçilik - baş kəsməkdir, qan içməkdir, kiminsə düşdüyü aciz vəziyyətdən istifadə edib, onun hər şeyini əlindən almaqdır.
Təsəvvür edin ki, birinin övladı qəfil xəstələnir və məcbur olub sələmçinin üstünə gəlir. Sələmçi də faizini üstünə qoyur, aybaay alacağını irəlicədən deyir, pul verir. Həmin adam təcili problemini qaydasına qoya bilsə də, günbəgün, aybaay batmağa başlayır. Sələmi qaytara bilmədiyinə görə ailələr dağılır, başçısını itirir, evsiz-eşiksiz qalır...
Ümid edirik ki, aşağıda çəkəcəyimiz misalda pul mübahisəsi qanun-qayda çərçivəsində həllini tapacaq.
Zaqatala rayonunun Bəhmətli kəndində qeydiyyatda olan, hal-hazırda Xırdalan şəhəri, 20 yanvar küçəsi, ev-18 ünvanda yaşayan Zamanov İlyas Füzuli oğlu ərizəsində göstərir ki, 2015-ci ilin iyun ayında Zeynalov Toğrul Fətəli oğlundan və onun qohumu Pərvizdən 7800 manat sələmə pul götürmüşdür. Hər ay 780 manat sələm ödəmiş, yalnız son iki ayın sələmini verə bilməmişdir. Buna görə də sələmçilər onu davamlı narahat etməyə başlamış, hətta puldan ötrü uşağını da oğurlayacaqları ilə hədələmişlər. Hər gün qapısına gələrək hədə-qorxu gələn borc yiyələrindən Pərvizin onu alçaldıcı söyüşlərlə təhqir etdiyini yazan İlyas bu barədə "102" xidmətinə də məlumat verdiyini qeyd edir. Bununla belə borcun bütövlükdə, üstəlik bütün aylar üzrə 10 faiz əlavə ilə tam qaytarılmasında israr edən sələmçilər əl çməkmək fikrində deyillər.
Allah-Taala bizlərinə buyurur ki, ehtiyac sahibinə yardım edək, borc verək.
Quranın Bəqərə surəsində buyurulur ki, ehtiyac sahibinə borc verin. Dinimizə görə, ehtiyacı olan qonşuya borc vermək qonşunun boynunun borcudur.
Qurani-Kərim sələm məsələsini şiddətlə rədd edir və görün bu haqda nələr buyurur:
“Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirdən şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” - dedikləri üzündəndir. Halbuki Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağa) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar) Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.
Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafirləri, günahkarları sevməz.
İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
Ey möminlər! Əgər doğrudan da iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (onu borclulardan almayın!)
Əgər belə etməsəniz, o zaman Allaha və Onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar (Bəqərə surəsi 275-279).
Allah-Taalanın sözünün üstünə söz deyilməz. Elə düşünürük ki, sələm işində, faizçilik də hər şey bu ayələrlə aydın oldu. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.