Azərbaycan İdeyası

50-yə yaxın sürücü saxlanıldı - Aralarında qadın da var - FOTO

Tarix:29-07-2016, 21:43
Baxış Sayı:344

50-yə yaxın sürücü saxlanıldı - Aralarında qadın da var - FOTO
Astara rayonunda yol-hərəkət qaydalarını pozan, avtomobili sənədsiz idarə edən və spirtli içki qəbul edərək sükan arxasına oturan sürücülərə qarşı növbəti reyd keçirilib.

Criminal.az APA-ya istinadən bildirir ki, Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsi (DYPB) əməkdaşlarının Şahağacı və Qamişovka kəndləri ərazisində baş tutan reydi zamanı yol hərəkəti qaydalarına riayət etməyən sürücülər saxlanılaraq onlar barəsində qanunauyğun tədbirlər görülüb.

Həmçinin reyd zamanı bəzi avtomobillərin texniki baxışdan keçirilməməsi, qanunsuz mal-qara daşınması, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsinin idarə olunması faktları da aşkarlanıb. Qanunvericiliyin tələblərini pozan nəqliyyat vasitələrinin sürücülərinə qarşı inzibati protokollar tərtib edilib. Sürücülük vəsiqəsi olmadan avtomaşını idarə edənlərin nəqliyyat vasitələri isə DYPB-nin cərimə meydançasına aparılıb.

Ümumilikdə 20-yə yaxın sürücü cəzalandırılıb. Astara DYPB-nin rəisi İlqar Rəhimzadənin sözlərinə görə, keçirilən reydlərin nəticəsi olaraq ötən illə müqayisədə rayon ərazisində yol-nəqliyyat hadisələri 2 dəfədən çox azalıb və belə tədbirlər mütəmadi olaraq davam etdiriləcək. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb