Azərbaycan İdeyası

Bakıdakı qeyri-adi toyla bağlı - Polkovnikdən sərt sözlər - VİDEO

Tarix:29-07-2016, 21:48
Baxış Sayı:472

Bakıdakı qeyri-adi toyla bağlı - Polkovnikdən sərt sözlər - VİDEO
Əgər belə idisə, niyə məhz plovu əsgərlərin müşayiəti ilə gətirirdilər? Elə bəylə gəlini gətirərdilər də, plovu yox. Təbii ki, bu məsələyə müsbət yanaşmıram. Hər işin öz xarakterik cəhəti var. Plov mətbəxə aid olan bir şeydir. Mətbəxə aid olan şeyi əsgərin gətirməsi məqsədəuyğun deyil.

Bəylə gəlin məclisə daxil olanda dövlət himninin səslənməsi, şəhidlərimizin xatirəsinin yad olunmasını isə müsbət qarşılayıram. Criminal.az saytı bildirir ki, bu fikirləri ölkə.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İbrahim Rüstəmli bir neçə gün öncə Bakıdakı toyların birində plovun süfrəyə əsgər geyimində olan şəxslərin müşayiəti ilə gətirilməsinə münasibət bildirərkən səsləndirib.
Ekspert bildirib ki, toy başlamazdan öncə himnimizin oxunması, şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi isə müsbət yenilikdir: "Plovun əsgər geyimində olan rəqqasların müşayiəti ilə gətirilməsi müsbət yenilik deyil. Ancaq son vaxtlar bəzi toylarda dövlət himnimiz ifa olunur.

Baxmayaraq ki, himn ifa olunan zaman məclisdəkilərin bəziləri ayağa qalxmırlar. Bir neçə il öncə Müdafiə Nazirliyində xidmət edəndə rəhbərlik tikintilərdə, müxtəlif müəssisələrdə əsgər geyimlərindən istifadə olunmasına etiraz etdi. Hətta küçə-küçə düşüb o geyimləri yığdılar. Görürdün ki, fəhlə, çilingər əsgər formasındadır. Düzdür, qarşısını tam almaq olmasa da, müəyyən nəticə əldə edildi".

Polkovnik-leytenant bildirib ki, Müdafiə Nazirliyinin məsələyə münasibət bildirməsi o qədər də labüd deyil: "Nazirlik müdaxilə etsə də, normal qarşılayaram, etməsə də. Əsas odur ki, əsgər formasıyla alver etmək olmaz". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO