Azərbaycan İdeyası

Sakindən sayğac üçün 210 manat tələb edilir

Tarix:3-08-2016, 10:26
Baxış Sayı:339

Sakindən sayğac üçün 210 manat tələb edilir
Elektrik dirəyi ilə evin arasındakı məsafə bir neçə metrdir. Lakin elektrik xətti çəkmək və sayğac quraşdırmaq üçün 210 manat pul tələb edilir. Bu vəziyyət Cəlilabadın Ocaqlı kəndində yaşanır. 2007-ci ildə bütün abonentlərdə olduğu kimi, kənd sakini Əliağa Xəlilovun da evində olan köhnə elektrik sayğacı yenilənməsi üçün müvafiq qurum tərəfindən təhvil alınıb.

Lakin kənddə bütün abonentlərin evinə yeni sayğac quraşıdırlsa da, onun evi bundan kənarda qalıb. Elə o vaxtdan da qonşulardan çəkdiyi xətt vasitəsilə elektrik enerjisindən istifadə etmək məcburiyyətində qalıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Əliağa Xəlilov bir neçə dəfə Cəlilabad Elektrik Şəbəkəsinə müraciət edib və nəticədə ona "İşçi layihəsi" adı altında yazılı məlumat göndərilib. Üstəlik də göstərilən məbləği köçürmək üçün bank hesabı qeyd edilib. Əliağa Xəlilov deyir ki, yerli qurumun göndərdiyi sənəd və təkliflərlə bağlı "Azərişıq" ASC- yə yazılı müraciət edib.

Oradan gələn cavabda isə yerli qurumun göndərdiyi sənəddə göstərilən avadanlıqların alınması və qurşdırılmasının pulsuz olduğu qeyd edilib. Məsələ ilə bağlı "Azərişıq" Açıq Səhmadar Cəmiyyətinin sözçüsü Tanrıverdi Mustafayev bildirdi ki, Əliağa Xəlilov "ASAN Xidmət" Mərkəzinə müraciət edərək elektrik xəttinin çəkilməsi və sayğac üçün tələb olunan rüsumu ödəməlidir. Ondan sonra Cəlilabad Elektrik Şəbəkəsinin nümayəndələri tərəfindən sayğac quraşdırılacaq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO