Azərbaycan İdeyası

“Bağçada döyülən uşaq kəllə-beyin travması alıb” - FOTOLAR

Tarix:9-08-2016, 10:47
Baxış Sayı:445

“Bağçada döyülən uşaq kəllə-beyin travması alıb” - FOTOLAR
Valideyinin bu iddası 1.6 ildir polisdə araşdırılır, bağça müdriyyəti isə ittihamları qəbul etmir

Criminal.az saytı xəbər verir ki, “Bizim Yol”-a müraciət edən şəhid ailəsinin üzvü Cəfərova Nigar İlham qızı “Qərənfil” uşaq bağçasından və Nəsimi rayon Polis İdarəsindən şikayətçi olduğunu bildirir. O, iddia edir ki, adıçəkilən bağçanın tərbiyəçisi Sevinc Tacirli onun övladını döyüb, polis isə işi obyektiv araşdırmır.

“Nəsimi rayonunda fəaliyyət göstərən “Qərənfil” uşaq bağçasının tərbiyəçisi 2011-ci il təvəllüdlü Nəzirli Dilbər Əli qızını 2015-ci ilin yanvar ayında bir neçə dəfə və mart ayının 12-də mütamadi olaraq güclü fiziki ağrı və ya psixi iztirablar verib. Qızıma qeydiyyatda olduğu 12 nömrəli uşaq poliklinikasının cərrahı “Qapalı kəllə beyin travması, baş beyinin sirkələnməsi” diaqnozunu qoyub. Bu isə, o deməkdir ki, qızım Dilbərə vurulmalı olan peyvəndləri vurmaq qadağandı və digər uşaqlardan fərqli olaraq müxtəlif xəstəliklərə ducar olma riski artıqdır”-deyə N.Cəfərova bildirir.

Onun sözlərinə görə, qızı Uşaq Nevroloji Xəstəxanasında stasionar müalıcə olunub və həkim nevropotoloq tərəfindən ona 26.04.2016-cı il tarixdə “R25.2 Ensefelopatiya. Hipertenzion sindrom. Qıcolma tutmaları ilə” klinik diaqnozu qoyulub: “Bütün bunları sübut edən müayinələrin nəticələri və epikrizlər mövcuddur”.

Şikayətçi 13.03.2015-ci il tarixdə S.Tahirlinin məsuliyyətə cəlb olunması barədə Nəsimi RPİ-nin 19-cu PB-nə ərizə ilə müraciət edib: “Mən şikayətimə əsas olan hallarla bağlı bağçanın otaqlarında olan video müşahidə kameralarının aktivləşdirilməsi ilə bağlı tələbimə baxılmadı. Ümumiyyətlə, o vaxtdan bu günədək Nəsimi RPİ təhqiqatçıları və müstəntiqləri və prosessual rəhbərlik edən prokuror tərəfindən ibtidai araşdırma obyektiv aparılmayıb. Belə ki, toplanmış araşdırma materialları üzrə Nəsimi RPİ-nin 19-cu polis bölməsinin təhqiqtçısı Nazim Qədirovun 02.04.2015-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı Nəsimi Rayon Prokurorunun 13.07.2015-ci il tarixli qərarı ilə ləğv edilib və materiallar bu dəfə Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib”.

Bu dəfə isə müstəntiq Nicat Hadiyevin 28.03.2016-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı Nəsimi rayon prokurorunun 08.04.2016-cı il tarixli qərarı ilə ləğv edilib və şöbəyə qaytarılıb. Müstəntiq Elmar Quliyevin 06.05.2016-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı isə Nəsimi Rayon Prokurorunun 02.06.2016-cı il tarixli qərarı ilə ləğv edilib və geri göndərilib.

Müstəntiq Fərid Əhmədov isə 17.06.2016-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi və Sevinc Tacirlinin əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilməsi üçün qərarın surəti Nəsimi RPİ-nin 19-cu PB-nə göndərilməsi qərara alınıb. Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Paşayev sədrliyi ilə çıxarılmış 25 iyun 2016-cı il tarixli qərarı ilə Nəsimi RPİ-nin 19-cu PB-nin sahə inspektoru Teymur Hacıyevin 23.06.2016-cı il tarixli protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, həmçinin zərərçəkmiş şəxsin adı, soyadı, ata adı, ünvanı qeyd edilmədiyindən geri qaytarılıb. Nəsimi Rayon Prokuroru vəzifəsini icra edən Rauf Qasımovun 18.07.2016-cı il tarixli qərarı ilə inzibati xəta haqqında işin başlanmasına səbəb olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Fərid Əhmədovun 17.06.2016-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi qərarı ləğv edilib, materiallar əlavə yoxlanması üçün Nəsimi RPİ-nin İŞ-nə göndərilib. Hazırda həmin materiallar Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Fərid Şirinovun icraatındadır.

“Göründüyü kimi Nəsimi RPİ və prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokurorluğu bütün dəlillər və sübütlar olduğu halda işin araşdırılmasını artıq 1 il 6 aya yaxın müddətdir ki, ləngidihllər. Onların bu hərəkərtləri cinayətə görə qanunvericilikdə nəzərdə tutulan müddətin keçməsinə yönəlib”,-deyə N.Cəfərova bildirib. “Bizim Yol” şikayətçinin iddiası ilə bağlı müstəntiq F.Şirinovla əlaqə saxlayıb. Müstəntiq bu barədə danışmaq istəmədiyini deyib. Əməkdaşımızla söhbətində “Qərənfil” uşaq bağçasının metodisti valideynin iddiasını qəbul etmədiklərini bildirib: “Onun iddiasını polis araşdırır. Bizim mövqeyimiz budur ki, onun dedikləri ilə razı deyilik və ona görə də S.Tacirli hazırda bağçamızda işləyir”.
“Bağçada döyülən uşaq kəllə-beyin travması alıb” - FOTOLAR
“Bağçada döyülən uşaq kəllə-beyin travması alıb” - FOTOLAR
“Bağçada döyülən uşaq kəllə-beyin travması alıb” - FOTOLAR
“Bağçada döyülən uşaq kəllə-beyin travması alıb” - FOTOLAR
“Bağçada döyülən uşaq kəllə-beyin travması alıb” - FOTOLAR
“Bağçada döyülən uşaq kəllə-beyin travması alıb” - FOTOLAR
“Bağçada döyülən uşaq kəllə-beyin travması alıb” - FOTOLAR [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb