Azərbaycan İdeyası

UBER Black Azərbaycanda fəaliyyətini dayandıracaq

Tarix:11-08-2016, 12:00
Baxış Sayı:412

UBER Black Azərbaycanda fəaliyyətini dayandıracaq
Azərbaycanda 10 noyabr tarixindən başlayaraq fəaliyyət göstərən UBER taksi xidmətinin UBER Black qanadının işi dayandırılacaq. Oxu.Az-ın məlumatına görə, bunun səbəbi bu istiqamətin maddi ziyana işləməsidir. Sadə maşınlardan fərqli olaraq, UBER Black-da çalışan bahalı maşınların sürücüləri günün bəzi saatları üçün əlavə məvacib alırlar. Sifarişlərin azalması fonunda onlar tərəfdən qazanılan pul xərcləri qarşılamır.

Qeyd edək ki, UBER Black premium seqmentə yönəlmişdir, və UBER Black-da işləyən maşınlar elit və bahalı markalardan ibarətdir. Qeyd edək ki, UBER X, yəni adi maşınlardan ibarət xidmət fəaliyyətinə davam edəcək. Amma nəticə olaraq UBER Azərbaycanda fəaliyyət göstərən Baku taxi, 189, Dost Taxi və başqa adi taksi xidmətlərindən artıq heç nə ilə fərqlənməyəcək.

Öz növbəsində şirkətdən bildiriblər ki, yayılan məlumat həqiqəti əks etdirmir “Nəzərinizə çatdırım ki, xidmətlərimizlə əlaqədar müəyyən optimizasiya işləri gedir və çox yaxında istər UberBLACK istərsə də uberX xidməti ilə bağlı yeniliklər ictimaiyyətə təqdim ediləcək. Lakin, birbaşa UberBLACK xidmətinin bağlanması məlumatı doğru deyil. Qeyd etdiyim kimi, bizim özümüz belə bu xəbərə çox təəccübləndik”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO