Azərbaycan İdeyası

“İki dəfə özümü asmaq istəmişəm...”

Tarix:12-08-2016, 11:34
Baxış Sayı:311

“İki dəfə özümü asmaq istəmişəm...”
11 avqustda Nardaran hadisələrinə görə həbs edilənlərin məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Musavat.com xəbər verir ki, əvvəlcə təqsirləndirilənlərdən Abbas Quliyev ifadə verib. İstintaqa verdiyi ifadələri təzyiq və işgəncə altında alındığını iddia edən A. Quliyev həmin ifadələri təsdiqləmədiyini bildirib.

İşgəncələr gördüyünü iddia edən A. Quliyev iki dəfə intihara cəhd etdiyini də söyləyib: “İşgəncələrə dözə bilmirdim. Ona görə iki dəfə özümü asmaq istəmişəm. Amma kamera yoldaşlarım xilas edib. Birinci gələn müstəntiq dedi ki, bu adam günahsızdı, onu yükləmək istəmirəm, mənim də balalarım var. Ondan sonra işi alıb İsmayıl Əliyevə verdilər. İttihamnaməni oxuyanda gördüm ki, orada yazılanların heç birinin mənə aidiyyəti yoxdur. Cırıb atdım”. Abbas Quliyev işinə ədalətli baxılmayacağı təqdirdə intihar edəcəyini deyib.

“Ölümümə görə məsuliyyət bu işə düzgün baxmayan prokurorların, müstəntiqlərin üzərində qalacaq”, - deyə təqsirləndirilən şəxs qeyd edib. Təqsirləndirilən İbrahim Xudaverdiyev də ifadəsində günahsız olduğunu və ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını deyib. “Üzərimdən silah, kitabça tapılması yalandır. Nardaran camaatının vətənə xəyanət etdiyini demək özü elə vətənə xəyanətdir. Mənim qulaqlarım yaxşı eşitmir. Müalicə almaq üçün mənə İrana getməyi məsləhət görürdülər. Ancaq İran 1992-ci ildə Ermənistana yardım etdiyi üçün ora getmədim. Vətəni sevmək imandandı. Bunlar vətəni sevirlərsə, bəs niyə Allahdan qorxmurlar?”, - deyə təqsirləndirən şəxs ifadəsinə əlavə edib.

O, hadisə baş verən gün həmin evdə olmasının səbəbini belə izah edib: “Oğlumun arxasınca getmişdim. Namaz vaxtı olduğundan gözlədim”. Məhkəmə prosesində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ifadə verib. Hakimiyyəti tənqid edən F.Qəhrəmanlı həbsinin siyasi sifariş olduğunu deyib. F.Qəhrəmanlının çıxışından:

“Mənə qarşı ittihamlar siyasi repressiya aktıdır. Taleh Bağırzadə bildirdi ki, ondan Milli Şuranın, Cəmil Həsənlinin, Əli Kərimlinin əleyhinə ifadə almaq üçün üç gün ərzində işgəncələr verilib. Hacı Taleh o ifadəni versəydi, bu gün dəmir barmaqlıqlar arxasında Cəmil Həsənli və Əli Kərimli də vardı. Onlar necə günahsızdırsa, burada əyləşən adamlar da eləcə günahsızdır. Adamlara qarşı Stalin dövrünü xatırladan cəza metodlarından istifadə etməklə hakimiyyətdə qalmağa çalışırlar. Cəmiyyət media, sosial şəbəkələr vasitəsilə bu məhkəmə prosesini izləyir, səfirliklər prosesi diqqətdə saxlayırlar. İnsanlara elə işgəncələr veriblər ki, biz onları faşizm dövrü barədə kinolarda görmüşük. Allah müsəlmanlara buyurub ki, ətrafınızda baş verən haqsızlığa, zülmə biganə qalmayın...”.

Ona qarşı irəli sürülən ittihamın mahiyyətinə də münasibət bildirən F.Qəhrəmanlı feysbuq statuslarında hakimiyyəti zorla ələ keçirmək barədə heç bir fikir yazmadığını bildirib: “Yazdığım statuslarda bircə cümlə göstərsinlər ki, mən harada dövlət orqanlarının fəaliyyətinin pozulmasına çağırış etmişəm? Dövlətin ərazilərinin dəyişdirilməsi ittihamı da mənlik deyil. Bu işlərlə özləri məşğul olurlar.

Müstəntiq mənə dedi ki, əgər bu tutulan adamlarla bircə telefon zəngi tapılsaydı, eyni maddələr sənə də veriləcəkdi. İttihamda yazıblar ki, guya, mən yazılarımda adamları "İmam Hüseyn kimi şəhid olmağa" çağırmışam. İşin içində mənim feysbuqda yazdığım 10 status var. Heç birində də bu cümlə yoxdur. Varsa, qoysunlar ortaya”. Məhkəmə prosesi avqustun 17-də davam edəcək. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO