Azərbaycan İdeyası

Ali Məhkəmə bağlanmış bankların əleyhinə qərar verdi

Tarix:12-08-2016, 11:37
Baxış Sayı:296

Ali Məhkəmə bağlanmış bankların əleyhinə qərar verdi
Ali Məhkəmənin bu gün baş tutan iclasında lisenziyaları ləğv edilən “Atrabank” və “Qafqaz İnkişaf Bank” ASC-lərin əleyhinə qərar qəbul edilib. Criminal.az saytı Report-a istinadən xəbər verir ki, bu barədə bank dairələrindən məlumat verilib.

Xatırladaq ki, lisenziyaları ləğv olunan “Atrabank” və “Qafqaz İnkişaf Bankı” konsolidasiyaya getmək şərti ilə bazara qayıtmağa çalışırdı. Bunun üçün onlar ilk növbədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib və məhkəmə bankların xeyrinə qərar vermişdir.

Bundan sonra, AMB həmin qərardan apellyasiya şikayəti verib. Mayın 10-da Bakı Apellyasiya Məhkəməsi AMB-nin iddiasını təmin edib. Sonra isə banklar AMB-nin səlahiyyətlərinin bir qisminin ötürüldüyü Maliyyə Bazarlarına Nəzarət Palatası ilə məhkəmə çəkişməsində olub. AMB “Atrabank” və “Qafqaz İnkişaf Bankı”nın lisenziyalarını bu il yanvarın 27-də ləğv edib və hər iki banka müvəqqəti inzibatçı təyin olunub.

Qurum öz qərarını bankların məcmu kapitalla bağlı minimum tələbə əməl etməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi ilə əlaqələndirib. Lisenziyalarının ləğvindən sonra banklar birləşmək haqqında niyyət protokulu imzalayıb. Əvvəlcə həmin birləşmədə “Günaybank” ASC-nin də iştirakı gözlənilsə də, daha sonra “Günaybank” birləşmədən imtina edib, fəaliyyətini sərbəst davam etdirəcəyini açıqlayıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb