Azərbaycan İdeyası

"Hamımız korrupsiyaya qarşı mübarizədə maraqlı olmalıyıq"

Tarix:13-10-2015, 16:50
Baxış Sayı:429

]"Korrupsiya və Qanun" qəzetinə istinadən Həm dövlət, həm də ictimai qurumların korrupsiyaya qarşı mübarizə işlərinə daha ciddi yanaşmaları lazımdır.
.Rzayev bildirib ki, bu qurumlar ictimaiyyətə gördükləri işlərin nəticəsini açıq şəkildə verməlidirlər. "Həmişə olduğu kimi, Prezident İlham Əliyevin tələbləri çox aydın şəkildə həm məmurlara, həm də ictimaiyyətə çatdırılıb. Düzdür, bu istiqamətdə işlər aparılır və nəticələr var. Bir tərəfdən Respublika Prokurorluğu yanında Korrpusiyaya Qarşı Mübarizə İdarəsi, digər tərəfdən ictimai qurumlar korrupsiyaya qarşı mübarizə üçün iş aparırlar. Bu işlər davam etdirilir. Görünür ki, buna daha ciddi yanaşmaq lazımdır".
Millət vəkili qeyd edib ki, korrupsiya hallarının aradan qaldırılması həm dövlət qurumları, həm də ictimaiyyətin marağında olmalıdır: "Təəssüflər olsun ki, bu, elə məsələdir ki, onunla mübarizə aparmaq o qədər asan məsələ deyil. Bütün qurumlar korrupsiyaya qarşı mübarizədə maraqlı olmalıdır".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zaman korrupsiyaya qarşı daha ciddi mübarizənin aparılmasının vacib olduğunu deyib: "Bununla yanaşı, sistem xarakterli tədbirlər, institusional islahatlar aparılmalıdır. Çünki inzibati və cəza tədbirləri bir çox hallarda səmərəsini vermir, müvəqqəti xarakter daşıyır. Ona görə, sistemli islahatlar davam etdirilməli, yeni təkliflər verilməli və əlbəttə ki, "ASAN xidmət"in təcrübəsi geniş tətbiq edilməlidir". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU