Azərbaycan İdeyası

Sosial şəbəkə cinayətləri artır

Tarix:16-08-2016, 11:08
Baxış Sayı:356

Sosial şəbəkə cinayətləri artır
Cinayətkarlıq artıq sosial şəbəkələrə də yol açıb. Bəzən kimsə kimisə sosial şəbəkədə şantaj edir, hədə-qorxu gəlir. Sosial şəbəkə cinayətlərinin qurbanları arasında susanlarla yanaşı, hüquq-mühafizə orqanlarına üz tutanlar da olur. Bu yaxınlarda gənc qızı sosial şəbəkədə şantajla hədələyən Bakı sakini tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 10-da Sumqayıt şəhər sakini L.Ağayeva Yasamal RPİ 27-ci PB-yə müraciət edərək, bu ilin mayında Ruslan adlı tanışının onu sosial şəbəkədə rüsvay edəcəyi ilə hədələyib 900 dollar tələb etməsini, habelə polisə müraciət edəcəyi təqdirdə onu və ailə üzvlərini öldürəcəyi ilə hədələməsini bildirib. Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Əhmədov tutulub.

Criminal.az saytı xəbər verir ki, sosial şəbəkə cinayətləri ilə bağlı psixoloq Orxan Oruc "Ekspress"ə bildirib ki, dələduzlar və insanların səmimiyyətindən süni istifadə edən şəxslər həmişə olub: "Sadəcə müasir dövrdə onların alətləri dəyişib. Əvvəllər bunu başqa yerlərdə edirdilərsə, indi sosial şəbəkələrdə də etməyə imkan yaranıb. Bəzən şantaj edirlər, bəzən hədə-qorxu gəlirlər. İstər-istəməz bunların hamısı insanın gündəlik əhvalına da mənfi təsir göstərir. Bəzi insanlar, həqiqətən, manipulyasiyaya məruz qalırlar və dələduzların tələblərini yerinə yetirməyə başlayırlar. Çünki həqiqətən də həmin şəxsin hansısa bir formada onlara zərər yetirəcəyindən qorxurlar".

Müsahibimiz bununla mübarizə aparmaq üçün ən yaxşı yolu tanımadığımız insanlarla ünsiyyət qurmamaqda görür: "Necə ki, real həyatda buna riayət edirik, sosial şəbəkədə də belə etməliyik. Və yaxud da dərhal həmin insanların manipulyasiyasına gedib onların istədiyini etmək əvəzinə, hüquq-mühafizə orqanlarına müraciət edilməlidir". Onun sözlərinə görə, real həyatda dələduz insan özünü bir qədər çətinliklə gizlədə bilirsə, sosial şəbəkədə ona çox rahatdır: "Dələduz özünü istədiyi profil formasında qarşı tərəfə qəbul etdirir. Bəzən professional bir insan, bəzən səmimi bir insan profili yaradırlar. Sosial şəbəkə real obrazı gizlədib, qeyri-real, qarşıdakı insanın asanlıqla qəbul edəcəyi bir obrazı təqdim etməyə imkan verir. Mütləq hər kəs bilməlidir ki, sosial şəbəkədəki insan reallıqda başqa biri ola bilər".

Psixoloq qeyd edib ki, sosial şəbəkələrdə ünsiyyəti uzun müddət davam etdirmək məsləhət deyil: "Bəzən ünsiyyət sevgi münasibətlərinə qədər gedib çıxır. Bu münasibətlər real həyata keçəndə insanlar bir-birinin başqa cür olduğunu görürlər. Sosial şəbəkə bir növ illüziya formasını daşıyır". Psixoloq Könül Mikayılzadənin qəzetimizə bildirdiyinə görə, sosial şəbəkələrdə dələduzluqla məşğul olan insanlar öz həyatları olmayan, başqalarının həyatı ilə oynayaraq pul qazanmağı üstün tutanlardır: "İnsan tanımadı birinə özü haqqında informasiyanı tam dəqiqliyi ilə verməməlidir. Bacardığı qədər qapalılığı, gizliliyi saxlamalıdır. Tanımadığı insana şəxsiyyəti, problemləri və ya şəxsi məsələləri ilə bağlı hər hansı məlumatı verərsə, bəlkə qarşısındakı insan onu şantaj etmək məqsədilə danışmasa belə, onda buna maraq oyana bilər. O da bundan sui-istifadə etmək niyyətinə düşər".

Mikayılzadə vurğulayıb ki, ümumiyyətlə, virtual tanışlıqlar hər zaman uğurlu olmur. "Normal insan sosial şəbəkədə əyləşibsə, boş vaxtını orda insanlarla tanışlığa həsr etməyəcək. Əgər o, bunu edirsə, onun tanışlıq etməsi müəyyən məqsəd daşıyır. Qurbanlar bunu artıq hiss etməlidirlər". Hüquqşünas Aynur Musayeva da hal-hazırda sosial şəbəkələrdə dələduzluq faktlarının geniş yayıldığı qənaətindədir: "Sosial şəbəkələrdə bu cür hallarla üzləşən şəxslər bunun məhz sosial dələduzluq olduğunu düşünürlər. Lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, əlbəttə ki, sosial dələduzluq anlayışı, belə bir cinayət yoxdur. Məcəllənin 178-ci maddəsi dələduzluq cinayətini nəzərdə tutur. Dələduzluq etibardan sui-istifadə və aldatma yolu ilə onun əmlakını ələ keçirtmək və ya əmlak hüquqlarını əldə etmək deməkdir. Dələduzluq müəyyən vədlər vermək, etibarını qazanmaq daha sonra zərər çəkmiş şəxsin əmlakını, pulunu, hər hansı dəyərli əşyasını ələ keçirmək və bunun müqabilində ona heç nə verməmək deməkdir. Nəticədə zərərçəkmiş aldadılır. Zərərçəkmişin əmlakı əlindən çıxır".

A.Musayeva diqqətə çatdıırb ki, şantaj olunma isə cinayət məcəlləsində ayrı maddədir: "Hədə-qorxu ilə tələb etmək kimi qeyd olunur. Hədə-qorxu ilə tələb etmə Cinayət Məcəlləsinin 182-ci maddəsində öz əksini tapıb". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto