Azərbaycan İdeyası

Ət bahalaşacaqmı? - Nazirlikdən rəsmi açıqlama

Tarix:29-08-2016, 13:53
Baxış Sayı:504

Ət bahalaşacaqmı? - Nazirlikdən rəsmi açıqlama
Qurban bayramı ərəfəsində ətin qiymətində bahalaşma müşahidə olunacağı ilə bağlı kütləvi informasiya vasitlərində yayılan məlumatlara Nazirlikdən reaksiya gəldi.

BiG.AZ xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Sonxeber.az-a açıqlamasında əvvəlki illərdə olduğu kimi bu ildə qurban bayramı ərəfəsində müəyyən tədbirlər görüləcəyini deyib.

Onun sözlərinə görə, qurban bayramı günlərində Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. DBNX-nın mütəxəssisləri bütün kəsim məntəqələrinə ətin keyfiyyətini yoxlamaq üçün cəlb olunacaqlar. Ətin qiymətinə gəldikdə isə bayram günlərində ətin qiymətinin qalxmasına əsas yoxdur. Otun yemin qiymətində elə bir artım yoxdur. Çünki bu il hava şəraitinin əlverişli keçməsi yem istehsalında və otlaq sahələrində yem istehsalında artıma səbəb olub.

M.Hacıyev ətin qiyməti hər il 50 qəpiklə, 1 manat arasında dəyişdiyini bildirib. Bununla əlaqədar olaraq ətin qiymətinin qalxması ilə bağlı ciddi əsas yoxdur.

"Belə ki qiymət bəzi yerlərdə 8 manat, 8 manat 50 qəpik arasında dəyişir. Bu cür enmə və qalxma müşahidə olunur. Bu da mövsümlə əlaqəli vəziyyətdir. Ətin qiymətində ciddi artım olmayacaq. Qiyməti bazar tənzimlədiyindən proses tələb-təklif əsasında müəyyənləşir".
Ümumilikdə isə heyvanların artması, hava şəraitinin yağmurlu keçməsi ilə bağlı yem sahəsinin möhkəmlənməsi üçün zəmin yaranıb. Mal əti 7 manat, 7 man 50 qəpik, dana əti 8 manat, 8 man 50 qəpik, quzu əti 8-9 manat arasında dəyişir.

Qeyd edək ki, qurban bayramı ərəfəsində ətin qiymətində bahalaşma müşahidə olunacağı ilə bağlı bır sıra kütləvi informasiya vasitələrində xəbərlər yayılıb. Paytaxtdakı qəssablar qiymət artımını rayondan mal qaranı baha almaqları ilə əlaqələndirirlər. Rayondakılar isə qıtlığı səbəb göstərirlər. Təssərrüfat sahibləri, habelə qəssablar bunu otun və yemin qiymətinin artımı ilə əlaqəlndirirlər. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO