Azərbaycan İdeyası

TƏHSİL NAZİRLİYİNDƏN İMTİNA CAVABI ALAN BAĞIROV QARDAŞLARI ÖLKƏ VƏTƏNDAŞLIĞINDAN ÇIXMAQ BARƏDƏ DÜŞÜNÜRLƏR

Tarix:12-10-2016, 15:39
Baxış Sayı:323

Masallı rayonunun Nəzəroba kəndində qeydiyyatda olub Bakı şəhəri Xətai rayonu Mehmandarov küçəsi ev-52, mənzil-57 ünvanda yaşayan Bağırov Aydın Əziziağa oğlu redaksiyamıza müraciət edərək, ali savadlı qardaşı oğlanları üçün iş tapmaq ümidi ilə Təhsil Nazirliyinə üz tutandan bəri bürokratik əngəllərlə qarşılaşdığını bildirmişdir:
"Qardaşım oğulları Bağırov Araz Rəfael oğlu 2014-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, Bağırov İbrahim Rəfael oğlu 2013-cü ildə həmin universitetin İlahiyyat fakültəsini bitirmişdir. Qanuni surətdə Təhsil Nazirliyinə iş üçün rəsmi müraciət etsək də, vakansiya olmadığını deyib onları geri çevirdilər. 633535 iş nömrəsinə və 5LTGT6B şifrəsinə imtina cavabı bildirildi. 16.08.2016-cı il tarixdə mən Təhsil Nazirliyində qəbul şöbəsinə gedib orda əlaqəli məsul şəxslə görüşmək istədim və 79 nömrəsi ilə qəbula yazıldım. Nazirliyin qəbul şöbəsində mənə bildirdilər ki, "146" nömrəsinə zəng edib şöbə müdiri ilə əlaqə saxlayım. Zənglərimə cavab verilmədi və zəng ödənişli olduğu üçün sadəcə konturlarım getdi. Nazirlik bu qədər kasıbdırmı ki, sıravi vətəndaş onlarla əlaqə saxlamaq üçün ödəniş etsin? Hələ bu da bəs deyilmiş kimi, zəngimə cavab verən Nazirlik nümayəndəsi mənə bildirdi ki, "siz öyrəşmisiz ki, hər şey pulsuz olsun". Nazirlikdə qəbul otağında məni qəbul edən şəxslə söhbətim zamanı o mənə dedi ki, Nazirlikdə şöbə müdirinin qəbuluna yalnız oktyabr ayında düşmək mümkündür. Mən cavabında onlara bildirdim ki, dediklərini aidiyyati qurumlara bildirəcəm. Mənə cavabında dedi ki, "hara gedirsənsə, get". Belə bir nəticəyə gəldim ki, onlara savadlı kadr lazım deyilk, sadəcə pul lazımdır. Kimin pulu yoxdursa, o, kölgədə qalır".
Bağırov problemin ictimailəşdirilməsini redaksiyadan xahiş etmişdir: "Qardaşımgil çox acınacaqlı vəziyyətdə yaşayır, onların imkanları çox məhduddur, qardaşım oğulları çox çətinliklə, öz savadları ilə pulsuz oxuyublar. Onların vəziyyətini nəzərə alıb işə qəbul olunmaları üçün köməklik göstərilməsini istəyirəm. Onlar Azərbaycanın istənilən ucqar ərazisində işləməyə razıdırlar. Yaşadığımız ölkədə məmurlar tərəfindən hüquqlarımız pozulur. Qardaşım oğulları bürokratiya üzündən ölkə vətəndaşlığından imtina etmək istəyirlər".
Redaksiya olaraq öz növbəmizdə araşdırmışıq ki, təkcə Bakı şəhərindəki 222 , 224, 321, 22, 137, 188, 255, 295, 316, 327, 120, 230, 262, 322, 277, 245 saylı tam orta məktəblərdə, digər əyalətlər bir yana, Bağırovların ata-baba yurdları olan Masallı rayonunun Dəmirçi kənd ümumi orta, Rudəkənar kənd A.Qurbanov adına tam orta, Hişkədərə kənd E.Ağayev adına tam orta məktəblərində tarix müəllimi üçün boş iş yeri və vakant saatlar mövcuddur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO