Azərbaycan İdeyası

MÜSTƏNTİQ ŞÜBHƏLİ ŞƏXSİ AXTARMADAN CİNAYƏT İŞİNİN BAŞLANILMASINI RƏDD EDİB

Tarix:12-10-2016, 15:41
Baxış Sayı:736

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında musiqiçi işləyən vət. İslamov İslam Zahir oğlunun, vət. Kərimov Şəfa Mehman oğlunun və Əliyev Famil İsrayil oğlunun həmin filarmoniyada kadrlar şöbəsində işləyən 1964-cü il təvəllüdlü Məlikova Afət Aslan qızı tərəfindən aldadılmalarına dair şikayətləri bu ilin əvvəlindən etibarən "Korrupsiya və Qanun" qəzeti tərəfindən oxucuların diqqət mərkəzində saxlanılmışdır. Şikayətçilər bildirirdilər ki, onların inamından istifadə edərək 2012-ci və 2013-cü illərdə borc pul götürən Afət Məlikova müxtəlif bəhanələr gətirərək pullarını qaytarmamışdır. Zərərçəkənlər həmçinin bildirirdilər ki, müraciət etdikləri hüquq-mühafizə orqanları indiyədək heç bir tədbir görməyiblər.
Məsələ qəzetimizdə ictimailəşdiriləndən sonra nəhayət ki, Yasamal rayon Prokurorluğu materialı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinəı göndərmişdir. Həmin material üzrə işin araşdırılması 13 may 2016-cı il tarixdə şöbənin baş müstəntiqi, polis mayoru Möhsüm Cabbarova tapşırılmışdır. Maraqlıdır ki, Məlikova Afət Aslan qızının istintaq şöbəsinə gətirilməsinin təmin edilməməsini əsas göstərən müstəntiq toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarmışdır. Müstəntiq formal olaraq CPM-nin 39.1.2-ci, 85-ci və 212-ci maddələrinin tələblərini əldə rəhbər tutmuşdur. Haqlı sual ortaya çıxır: Bəyəm A.Məlikovanın öldüyü müəyyən olunub ki, istintaqa gətirilməsi təmin olunmur? Qəribədir ki, müstəntiq CPM-nin 85.4.5. müvafiq təhqiqat orqanına cinayətin açılması, itkin düşmüş şəxsin və ya əmlakın tapılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini tapşırmaq və görülmüş tədbirlər barədə məlumat almaq; 85.4.6. tutulma, məcburi gətirilmə və digər prosessual məcburiyyət tədbirlərinin aparılmasını müvafiq təhqiqat orqanına tapşırmaq, habelə ondan istintaq və ya digər prosessual hərəkətlərin keçirilməsinə kömək göstərilməsini tələb etmək... kimi vəzifələrinin olduğunu unutmuşdur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO