Azərbaycan İdeyası

Latviya Vətəndaşının Azərbaycan prezidentinə müraciəti

Tarix:15-10-2016, 17:11
Baxış Sayı:592

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Surəti: Daxili İşlər naziri cənab Ramil Usubova
Surəti: Azərbaycan Respublikası Baş Prokuroru cənab Zakir Qaralova

Latviya vətəndaşı Tağıyev Novruz Qasım oğlu tərəfindən
MÜRACİƏT

Hörmətli Prezidentimizin sahibkarlığa böyük yer verməsi biz sahibkarları həvəsləndirdi. Biz Latviya Respublikasından Azərbaycana gəlib kənd təsərrüfatının maldarlıq sahəsi ilə məşğul olmağı qərara aldıq. Mənimlə Latviyadan gələn dostlarım bu sahəyə sərmayə qoyanda mənə həvalə etdilər. Qoyulan vəsaitin bir hissəsini də mən özüm qoymuşdum. Qısa müddət ərzində iki ferma yaratmağa nail olduq. 2012-ci ilin sentyabr ayından 2014-cü ilin mart ayının 10-na qədər bu təsərrüfatı genişləndirməyə nail olduq. Prezidentimizin biz sahibkarlara göstərdiyi diqqət və qayğının sayəsində 50-60 nəfər soydaşımız iş yeri ilə təmin olundular. Bizim əsas məqsədimiz kənd təsərrüfatı məhsullarının artırılması və soydaşlarımızın daha çox iş yeri ilə təmin olunmasına yönəlmişdi. Ancaq çox çəkmədi ki, bir qrup dələduzun toruna düşdük. Qısa müddət ərzində həmin fırıldaqçılar fermanı məhv etdilər, yəni gəlib fermada olan mal-qaranı yığıb apardılar. Bu, hətta müstəntiq Samir Məcidovun sayəsində sübuta da yetirilmişdir. DİŞ-nin İstintaq İdarəsinin rəis müavini, tədqiqatçı Teymur Hacıyev qərar verdi ki, həmin fırıldaqçılar həbs olunsun. Əliyev Əliyar Cahangir oğlu, Əliyev Əkbər Əliyar oğlu və ona havadarlıq edən quldur dəstəsi gəlib bizim fermadan mal-qaranı qol gücünə yığıb aparmışlar. Bunu bizim çobanlar Şahməmmədov Amil Zakir oğlu, Şahməmmədov Hilal Zakir oğlu və onun bacısı oğlu Təbriz təsdiq etdilər. Müstəntiq Samir Məcidovun apardığı iş sonda sübuta yetirildi ki, bizim mal-qara fırıldaqçılar tərəfindən oğurlanmışdır.
6 aprel 2016-cı ildə Teymur Hacıyev bizi Daxili İşlər Nazirliyinin istintaq-tədqiqat şöbəsinə dəvət etdi. O, bizə bildirdi ki, nazirimiz belə işə həssasdır. Gəlin siz bu nazirin qəbulundan imtina edin. 9 gün vaxt verin (aprel ayının 6-dan 15-ə qədər), birliklə məsələni yoluna qoyarıq. Teymur Hacıyev müstəntiq Samir Məcidovdan soruşdu ki, əlinizdə Əliyara qarşı əsas var? Samir Məcidov isə cavabında bildirdi ki, istənilən qədər sübut var. Hətta bu işi Novruz Tağıyevin çobanları da təsdiq edirlər. Onu qeyd edək ki, Əliyev Əliyarın adında saysız-hesabsız villalar və 72 ədəd maşın vardı. Bu, artıq müstəntiq tərəfindən sübuta da yetirilib. Ona Teymur Hacıyev dedi ki, bu cinayət işi 150050304 nömrəlidir. Bu 3 qovluğu qoy kənara, bunların hamısı saxta üzləşmə, saxta qollar, saxta pul almalardır.
14 aprel 2016-cı il Samir Məcidovun sanksiyası əsasında Əliyev Əliyar Cahangir oğlu həbs olundu. Bu ərəfələrdə mənə oğurladıqları mal-qaraya görə 40.000 manat məbləğində pul təklif olundu. Sonra isə məbləğ qaldırılaraq 80.000 manat civarında oldu. Amma mən həmin puldan imtina etdim. Sonra isə bir nəfər iş adamı məni çağırıb dedi: «Sənə nə qədər zərər dəyib?». Mən isə cavabımda bildirdim ki, bir milyon yüz min dollar (manatla 860.000 manat). Bu iş adamı mənə söz verdi ki, 7 gün ərzində 550 min dolların tən yarısını sənə çatdıracam, qalan məbləği isə 2 ay müddətinə verərik. Mən də həmin adamla razılaşdım. Çox gözlədim, puldan səs-soraq çıxmadı. Buna mənim şahidlərim də var. Onlar da təsdiq edə bilərlər. Müstəntiq Samir Məcidova İstintaq Tədqiqat İdarəsinin rəisi Sərvər Mirzəliyevə də deyilmişdi. Ancaq bir müddət keçəndən sonra bu pul aradan yox oldu. İş də dayandırıldı və heç bir istintaq işi aparılmadı. 4 ay yarım demək olar ki, bu iş donduruldu. Bundan sonra məcbur olduq ki, nazirin qəbuluna yazılaq. 2016-cı ilin iyun ayının 18-də cənab nazirimiz Ramil Usubovun qəbuluna düşdük. O, bizi dinlədikdən sonra üzünü Sərvər Mehrəliyevə tutaraq dedi: «Bu, dələduzluq deyil, bu, quldurluqdur. Maddə dəyişdirilsin, quldurların hər biri həbs edilsin». Mən yoldaşımla cənab nazirə minnətdarlığımızı bildirib dedik ki, biz göydə Allah, yerdə Sizi deyib gəlmişik.
Hörmətli nazirimiz bizim şikayət ərizəmizi alıb üstünü yazdıqdan sonra göstəriş verdi ki, bu insanların haqqı qaytarılmalıdır. Biz çox sevindik, amma sevincimiz uzun çəkmədi. Hörmətli nazirimiz məzuniyyətə gedən gündən sonra işlər baş-ayaq oldu. Dələduzların həbs olunması əvəzinə, yerdə qalan dələduzlar da həbsdən azad oldular. Bir ayda 4 məhkəmə. Cinayətkarlar tutulmaq əvəzinə, hamısı azadlığa buraxıldı.
Müstəntiq İsa Həbibzadə mənə dedi: «Razı ol, deyim bu dəqiqə 350.000 manatı Əliyev Ələkbər gətirsin». Bu pul da gəldi, yox oldu. İndi İsa Həbibzadədən soruşaq bu pul hanı? Məhz bu pulun adı çəkiləndən 10 gün sonra müstəntiq İsa Həbibzadə cinayətkarları çölə buraxır. Yəqin o, nazirdən qorxmur. Nazir məzuniyyətə gedəndə göstərmiş vermişdi ki, quldurlar tutulsun. Müstəntiq İsa Həbibzadə isə quldurları tutmaq əvəzinə, onları çölə buraxır. 1 ayda 4 məhkəmə. Müstəntiq İsa Həbibzadə ancaq məhkəmələrdə oldu. Sual olunur: İstintaq nə vaxt olaacaq? Hələ Novruz Tağıyev dindirilməyib. İndi müstəntiq İsa Həbibzadə sağında bir cinayətkarları, solunda ikinci cinayətkarları otuzdurub dedi: «Durun Novruzun üzünə, şər atın». 2 avqust 2016-cı ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimovun qəbulunda oldum. Çox yaxşı qarşıladı və 2 müstəntiqə göstəriş verdi: «Tapın gətirin o quldurları. Novruz müəllimə bir az pul verin ödəsinlər».Mən onda Seyfulla müəllimə dedim ki, müstəntiq İsa Həbibzadə başlayıb məni şərləməyə. Onda Seyfulla müəllim müstəntiqlərə əsəbləşib dedi: «Qurtarın bu oyunu. Bu kişiyə ağır zərbə dəyib. Gedin düzgün istintaq aparın!». İstintaq hələ başlamayıb, müstəntiq İsa Həbibzadə deyir ki, iş məhkəməyə gedəcək. Onda sual olunur: «Bu bir ayda müstəntiq nə işlə məşğul olub?». Bu suala mən cavab verə bilərəm. Bir ayda 4 məhkəmə və müstəntiq İsa Həbibzadə ancaq məhkəmələrdə olub. Onun vaxtı olmayıb istintaq aparsın. İndi mənə yalvar-yapış edir ki, bizə bir ay vaxt ver, istintaqı qurtaraq. Hansı istintaqdan söhbət gedə bilər? Cinayətkarlar çöldədirlər. Mən müstəntiq İsa Həbibzadəyə demişdim ki, iki müstəntiq mənim başıma oyun açıb. Elə et ki, sən qıraqda qalma. O, mənə dedi ki, mən ehtiyatlıyam, mənim də arxamda generallar durur. Bu suala qoy müstəntiq İsa Həbibzadə özü cavab versin ki, onun arxasında duran generallar kimlərdir. Kimdir nazirin əmrinə əməl etməyən? Qoy bu suala da generallar cavab versin. Nazirin əmrindən sonra cinayətkarlar tutulur, ancaq generallar buraxılır. Bunu biz bilirik hansı generallardır. Lazımi yerlərə də məlumat vermişik. Qoy məhz həmin generallar mənim pulumu ödəsinlər. Onların bir həftə vaxtları var. Əgər pul ödənilməsə, bütün saytlar, qəzetlər, mətbuat bu barədə biləcək. Bizə bunların adı bəllidir. Əgər mənim başımdan bir tük əskik olsa, mən öz səsimi yazıb lazımi yerlərə çatdırmışam. Mən heç kimdən qorxmuram. Mən haqqımı tələb edirəm və mən haqlıyam. Mənə polis işçiləri deyir ki, meydanda təksən. Belə bir film var: «Axırıncı aşırım». Abbasqulu bəy Kərbəlayıya deyir: «Topun yox, topxanan yox». Mən onda onlara cavab verdim: «Mənim topum, topxanam Prezidentimiz İlham Əliyev cənablarıdır, nazirimiz cənab Ramil Usubovdur. Budur mənim arxam. Mən onlarla fəxr edir, qürur duyuram». Mən Latviya səfirliyinə də müraciət etmişəm. Mən Avropada yaşayan adamam. Zərrə qədər nöqsan tapa bilməzlər ki, məni şərləsinlər. Müstəntiq İsa Həbibzadə deyir: «Biz bu quldurları çölə buraxmamışıq. Nərimanov məhkəməsi Turqay Hüseynov 40.000. manat pul alıb, bunları çölə buraxıb. 10.000 manat da Apellyasiya Məhkəməsinə veriblər». Müstəntiq İsa Həbibzadə qoy bu suala cavab versin. Hardan bilir?
İşi Xətai RPİ-dən ezam olunmuş polis kapitanı Həbibzadə İsa İslam oğlu aparır. Bir zərər çəkən tərəf kimi bizi hələ də dinləməyib. Azadlığa buraxılma səbəbini soruşduqda deyir ki, hakim buraxıb. Butulkada benzin götürün, gedin məhkəmənin qarşısında durun. Deyin özümüzü yandırırıq. Hansı müstəntiq öz vətəndaşına belə bir təklif irəli sürə bilər? Qoy bu suala müstəntiq İsa Həbibzadə cavab versin. İsa müəllimin bir amalı var: Ə.Əliyevi və dəstəsini qorumaq.
Müstəntiq İsa Həbibzadənin Əliyev Ələkbərin mənə təklif etdiyi 350.000 manat hara getdi? Məhz bu 350.000 manatdan sonra cinayətkarlar çöldədir. Bu quldurlara ancaq nazirimiz rəhm edə bilməzdi. Məhz nazirin məzuniyyətdə olmağından hansı cinayətkarlar istifadə etdilər? Hansı generallar nazirin əmrinə əməl etmir? Hansı generallar pul alıb iş görmür? Hansı paqonlular pul alıb iş görmür? Hansı generallar dövlətin pulunu yeyir? Hacı Məmmədov kimi generallar niyə nazirlikdə oturur? Qoy bunu bizim nazirimiz bilsin.
Mən Tağıyev Novruz 16 iyul 2016-cı ildə saat 15:00 radələrində Apellyasiya Məhkəməsində iştirak etdim. Məhkəmə birinci Əliyev Əliyar Cahangir oğlunu qaldırdı və dedi: «Evləri, maşınları qanunla təsdiq etdirmisən. Onları istəmir, amma bu kişinin mal-qarasını qol gücünə aparmısan. Ya bu kişinin mal-qarasını ver, ya da pulunu». Hakim üzünü müstəntiq İsa Həbibzadəyə tutaraq dedi ki, ödətdir.
İkinci məhkəmə 10 dəqiqə sonra oldu. Qədirov Cahangir Əzizxan oğlu möhtərəm hakimə sual verdi: «Tağıyev Novruzun fermasını 250.000 manata almısan və 170.000 nəğd pulu niyə ödəmirsən?». Yenə hakim üzünü müstəntiq İsa Həbibzadəyə tutub dedi: «Ödətdir!»
Üçüncü məhkəmədə Şahməmmədov Amil Zakir oğlundan hakim soruşdu: «Tağıyev Novruz, yəni sənin müdirin sənin haqqında yaxşı fikirdədir. Deyir ki, o, namaz qılan, Qurana and içən, hətta atasının goruna and içən bir insandır. Sadəcə, onu gəlib qorxudaraq sal-qaranı yığıb aparıblar. Qoy o, ev dustaqlığından çıxsın və istintaqa kömək etsin.
Dördüncü məhkəmə: «Əliyev Mahir Həsənbala oğlu mən Tağıyev Nolvruza 20.000 dollar, 31.200 manat isə mal-qaranın pulunu borcludur. Cəmi 51.200 manat pul borcludur». Hakim üzünü Əliyev Mahirə tutub dedi: «Bu nə puldur? Ödə, çıx get evinə». Amma məhkəmə qarşısında Əliyev Mahir dedi ki, mən pulu Şahməmmədov Amilə verəcəyəm. Məhkəmə də dedi ki, Şahməmmədov Amil Tağıyev Novruzun çobanı və briqadiri olub. O, indicə Şahməmmədov Amili istintaqa kömək etmək üçün ev dustaqlığından buraxdırdı. Ver pulu Tağıyev Novruza, canını qurtar. Mahir məhkəmə qarşısında bildirdi ki, mən bu pulu Novruza verməyəcəyəm. Bundan sonra, möhtərəm hakimlərimiz, bu dələduzların hamısını azadlığa buraxdılar. Hardadır haqq-ədalət dünyası?
Hörmətli Prezident!
2016-cı il fevral ayının 2-də şikayət ərizələrim, teleqramlar əsasında məni Bakı Şəhər Prokuroru, general Əziz Seyidov saat 16:00-da komissiya üzvləri ilə birlikdə qəbul etdi. Müstəntiq Elməddin Paşayev durub məruzə etdi ki, Tağıyev Novruz Qasım oğlu Latviyadan Azərbaycana gəlib, böyük kompleks düzəldib sahibkarlıqla məşğul idi. Bir qrup dələduz onu məhv etmişdir. Hətta Elməddin Paşayev deyirdi ki, Tağıyev Novruza bir milyon iki yüz min manat zərər dəyib. General Əziz Seyidov məndən soruşdu ki, sənə nə qədər ziyan dəyib? Onda Əziz Seyidov mənə müraciət etdi və dedi: «Bu 3 nəfərin 9 uşağı var. İmkandırsa, tutdurma, bir az hörmət elə». O zaman mən generala cavab verdim: «Yalandan deyirlər ki, ferma əvəzinə ev, 10 sot torpaq sahəsi almışam, ancaq almamışam. Siz deyirsinizsə 860.000 manatdan 260.000 manatını da keçirəm. 600.000 manatımı qaytarsınlar. Mən Prezidentimizə də teleqramımda, məktubumda 605.000 manat pul yazmışam. Onda general Əziz Seyidov ayağa qalxıb dedi: «Elməddin Paşayev, gedin Sabunçu rayon Prokuroru Ceyhun Şirinova deyin ki, nə vaxtkı az-az Novruz Tağıyevin pulu ödənilsə, onda bu iş bağlanıla bilər».
Hörmətli Prezidentimiz İlham Əliyev!
Üz tutub Sizə müraciət edirəm. Qanun naminə ümid yerimiz Sizsiniz. Sizə güvənirik. Bütün Azərbaycan deyir ki, Prezidentimiz, nazirimiz haqq dünyasıdır. Qoy komissiya ayrılsın, istintaq ədalətli getsin.
Vidadi Sədrəddinoğlu [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO