Azərbaycan İdeyası

Prezident tapşırdı, maaşlar artırılacaq

Tarix:13-01-2017, 12:54
Baxış Sayı:376

  Prezident tapşırdı, maaşlar artırılacaq

Bu il Azərbaycanda pensiya və maaşlar artırılacaq.
Bunu AzVision.az-a deputat Vahid Əhmədov deyib. İqtisadçı deputat bildirib ki, pensiyaların və maaşların artırılması dövlət büdcəsində nəzərdə tutulub.
“Cənab prezident Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında bu məsələyə toxundu. Ölkə başçısı bildirdi ki, maaş və pensiyalar artırılmalıdır. Prezidentin tapşırığı icra olunacaq. Hesab edirəm ki, il ərzində maaş və pensiyaların artırılmasının şahidi olacağıq”.
V.Əhmədov qeyd edib ki, əsasən büdcə təşkilatlarından çalışan insanların maaşı artacaq: “Müəllimlərin, həkimlərin və sosial sahədə çalışanların maaşında artım olacaq”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib ki, 2017-ci ildə də maaş və pensiyaların artımı istiqamətində müsbət dinamika olacaq.
Dövlət başçısı qeyd edib ki, 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır: “Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO