Azərbaycan İdeyası

AZƏRBAYCANLILAR DA TÜRK "İŞ ADAMLARI" TƏRƏFİNDƏN ALDADILIRLAR - DOLANDIRICILIQ

Tarix:17-01-2017, 15:27
Baxış Sayı:414

Azərbaycanın informasiya məkanında ölkəmizə təşrif buyuran türk iş adamlarının yerli tərəf müqabilləri tərəfindən aldadılması ilə bağlı məlumatlara tez-tez rast gəlinir. Amma qardaş ölkədə də azərbaycanlıların aldadılması halları baş verir və bu heç də həmişə "sapı özümüzdən olan baltaların" günahı üzündən olmur.
Sumqayıt şəhər sakini, II qrup Qarabağ əlili Rəşidov Azər Nəriman oğlu redaksiyamıza ərizə ilə müraciət edərək, 2015-ci ildə qoşulduğu biznesdə aldadıldığını bildirmişdir: "Dostum Şirin Vüqar bildirdi ki, türk iş adamı Müzəffər Köyügöy ona ticarət ortağı olmağı təklifi edib. Məqsəd Türkiyədən yuyucu məhlul alıb qonşu Gürcüstanda və Azərbaycanda satmaq olub. Vüqar mənə təklif etdi ki, bu işi görmək üçün məbləğ yatırsaq, pul qazanmaq olar. Mən də 10-12 min ABŞ dolları məbləğdə pulu iş üçün yatıra biləcəyimi dedim. Vüqar Gürcüstana getdi və qayıdıb mənə bildirdi ki, bəs bütün işləri danışmışam, pulu vermək lazımdır. Mən də ona əvvəlcə 10 min ABŞ dolları, sonra da Müzəffərlə görüşümüzün ardından daha 2 min ABŞ dolları verdim. Həmin görüşümüzdə Müzəffər bizi axayın saldı ki, narahat olmayaq, Türkiyədəki tanışıyla neçə illərdir ki, iş görür, heç bir problem olmayıb və ola da bilməz. Əgər problem yaransa, özü zamindir, Azərbaycanda ona məxsus dəyəri yüz minlərlə dollarla ölçülən biznesi var. Vüqar pulu ona verəndən sonra Gürcüstana yola düşdü. İlk iş kimi Vüqar Tükiyədən aldığı məhsullardan nümunə kimi bir miqdar mənə göndərdi. Satışın yaxşı getdiyini müşahidə etdik və Vüqar yenə də mal almaq üçün Türkiyəyə pul köçürtdüyünü bildirdi. Sonra Vüqar mənimlə əlaqə saxlayıb bildirdi ki, köçürtdüyü pulun qarşılığında ona mal göndərilməyib, odur ki, Tükiyəyə getməlidir. Orada olanda Vüqar yenə mənə zəng vurub dedi ki, Müzəffərin tanışı iflasa uğrayıb. Bundan sonra mən Müzəffərin özünə zəng vurub təfərrüatı soruşanda mənə narahatçılığa heç bir əsas olmadığını və bu işi həll edəcəyini bildirdi. Sonra Vüqar Azərbaycana qayıtdı və bildirdi ki, onu aldadıblar, əlində nə pul var, nə də satlıq mal. Vüqar Türkiyədə polisə şikayət etdiyini də dedi. Bir az sonra biz Müzəffərlə görüşdük. Müzəffər yenə Türkiyəyə gedəcəyini, tanışı Coşqun Bədiri görəcəyini və problemi yoluna qoyacağını vəd etdi. Vüqar ona Coşqunun bu işdə Müzəffərlə şərik olduğunu etiraf etdiyini deyəndə Müzəffər: "Coşqun qələt eləyir, o, mənim özümü də dəfələrlə aldadıb" cavabını verdi. Müzəffər yenə Türkiyəyə getdi və qayıtdıqdan sonra bildirdi ki, o adam (yəni Coşqun) dələduzdur, ondan pulu almaq mümkün olmayacaq. Biz ondan bu məsələnin çözümündə köməklik etməsini xahiş eləyəndə o, boynundan atdı. Bu zaman mən onun yadına saldım ki, bu işgüzar münasibətlərin təməli qoyulanda, söhbətin lap başlanğıcında uğura zamin durub. Buna baxmayaraq, yenə də yaxasını qırağa çəkdi".
Azər Rəşidov bu qənaətə gəlib ki, Müzəffərlə Türkiyədəki ortağı dələduzluqda əlbirdirlər.
Qəzetimiz Azər Rəşidovun dostu Vüqar Şirinin də ərizəsini almışdır. Vüqar bəy məyusluqlarına səbəb olan biznesdə uğursuzluqlarına səbəbkar olan şəxslər barədə daha müfəssəl məlumatlar vermiş, bildirmişdir ki, ticarət münasibətlərini tam rəsmi, yəni müqavilə əsasında qurubmuş. Onu aldadan Coşqunla Müzəffərdən başqa onların daha bir qohumu Əziz Duraka da 3 min ABŞ dolları verdiyini yazmış və onların hər üçünün dələduz şəbəkəsi üzvləri olduğunu, bir-birlərinə alacaq-verəcəkləri olduqları üçün etimadını qazandıqları şəxsləri aldatdıqlarını qeyd etmişdir.
Şikayətçilər bu məsələnin ictimailəşdirilməsinin zəruriliyini vurğulamışlar: "Çünki hal-hazırda Müzəffər Azərbaycanda sahibkarlıqla məşğuldur və onun daha başqa Azərbaycan vətəndaşlarını aldatmayacağına zəmanət yoxdur".
Ərizələrə Vüqar bəyin Türkiyədə Qarşıyaxa Polis Mərkəzi Əmirliyinə verdiyi şikayət məzmunlu ifadəsinin surəti də qoşma edilmişdir.





[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb