Azərbaycan İdeyası

Səlim Müslümovdan pensiyaların artırılması ilə bağlı – VACİB AÇIQLAMA

Tarix:24-01-2017, 12:15
Baxış Sayı:673

  Səlim Müslümovdan pensiyaların artırılması ilə bağlı – VACİB AÇIQLAMA

“Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-cı il 21 yanvar tarixli sərəncam da əmək pensiyalarında növbəti artımın edilməsini nəzərdə tutur”.

Moderator.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.   Səlim Müslümovdan pensiyaların artırılması ilə bağlı – VACİB AÇIQLAMA

O qeyd edib ki, sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 2016-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2017-cı ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini təmin etməlidir:
  Səlim Müslümovdan pensiyaların artırılması ilə bağlı – VACİB AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adlı birinin şəkli.  Səlim Müslümovdan pensiyaların artırılması ilə bağlı – VACİB AÇIQLAMA
  Səlim Müslümovdan pensiyaların artırılması ilə bağlı – VACİB AÇIQLAMA

“Ötən il ölkəmizdə istehlak qiymətlərinin 12,4 faizlik indeksi qeydə alınıb. Dövlət başçımızın “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-cı il 21 yanvar tarixli sərəncamına əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq.
  Səlim Müslümovdan pensiyaların artırılması ilə bağlı – VACİB AÇIQLAMA
  Səlim Müslümovdan pensiyaların artırılması ilə bağlı – VACİB AÇIQLAMA
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 10,21 milyon manat, il ərzində isə 122,5 milyon manat əlavə vəsait yönəldiləcək.

Ümumilikdə, pensiyaların sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 94 faizinə və ya 1 milyon 240 min nəfərə şamil olunacaq. Vətəndaşların əmək pensiyalarının sığorta hissəsini təşkil edən məbləğlər müxtəlif olduğundan bu artımların məbləğləri də fərqli olacaq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adlı birinin şəkli.
Əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablarda qeydə alınan pensiya kapitallarının indeksləşdirilmə ilə artımının avtomatlaşdırılmış qaydada icra ediləcəyini bildirən S.Müslümov vurğulayıb ki, növbəti ayın, yəni fevral ayının pensiyalarının ödənişi onların sığorta hissəsinin yanvar və fevral aylarındakı artımları ilə birlikdə həyata keçiriləcək:

2003-cü ildən 2017-ci ilədək minimum əməkhaqqının 11,7 dəfə artdığını qeyd edən S.Müslümov “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2017-cı il 21 yanvar tarixli Sərəncamın bu artım dinamikasının cari ildə də davam etməsinə imkan yaratdığını bildirib:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adlı birinin şəkli.

“Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 116 manat müəyyən edilib. Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin əmək müqavilələri bildirişi üzrə elektron informasiya sisteminə daxil edilmiş məlumatlara əsasən, bu artımın təqribən 335 min nəfərə şamil olunacağı, nəticədə artımın şamil olunduğu şəxslərin illik gəlirlərinin 14,7 mln. manata qədər artacağı gözlənilir.

Minimum aylıq əməkhaqqının təqribən 10,47% artımı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığortası üzrə daxilolmaların 2017-ci ildə 12,4 mln. manat artacağını proqnozlaşdırmağa əsas verir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adlı birinin şəkli.

Qeyd edək ki, 1 yanvar 2017-ci il tarixinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 316 min nəfər təşkil edib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb