Azərbaycan İdeyası

Bakıdakı marşrut avtobuslarına nəzarət gücləndirilir

Tarix:20-10-2015, 11:44
Baxış Sayı:342

Bakıda marşrurut avtobuslarına yeni GPS trekerlər quraşdırılacaq
"Korrupsiya və Qanun" qəzetinin fikrinə istinadən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) “APA-Economics”ə verilən məlumata görə, GPS treker adlanan telematik blok nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı, avadanlığın vəziyyəti (mühərrik işə salınıb, qapı açıq qalıb və s.) barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür. Xüsusilə, sürücülük qabiliyyətinə nəzarət sistemi yolda baş vermiş pozuntular (kobud sürücülük, sürət həddinin aşması və s.) haqqında məlumatı toplayır və işçi heyətinin fəaliyyətinin qiymətləndirilməsi sisteminə göndərir. Həmin sistemin köməyi ilə dispetçer istənilən müddət ərzində və müxtəlif səfərlər üzrə sürücülük qabiliyyətinin dəqiq qiymətləndirilməsinə nəzarət edə bilər.
Bort avadanlıqlarından fərqli olaraq yeni quraşdırılacaq GPS-lər sürücülərin əllə müdaxilə edə bilməyəcəyi hissələrdə (avtobusda) quraşdırılacaq. İstənilən kənar müdaxilə barəsində (avadanlığın söndürülməsi, zədələnməsi və s.) məlumat NİİM-in proqram təminatında dərhal əks olunacaq. Mühərrik işlək vəziyyətdə olsa belə, avadanlıq 4 gün ərzində fasiləsiz məlumatlar (avtobusun sonuncu dəfə olduğu yer barədə) ötürə bilir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO